Reynaldo növbəti rekordlara imza atıb

08.05.2014 | 2731 dəfə oxunub

Topaz Premyer Liqasının 34-cü turunun “İnter”lə oyununda 3 qol vurmaqla 4:1 hesablı qələbədə pay sahibi olan Reynaldo Silva “Qarabağ”ın tarixinə düşüb. Stadium.az xəbər verir ki, braziliyalı legioner Ağdam təmsilçisinin Azərbaycan çempionatları tarıxindəki rekordunu yeniləyib.
Cari çempionatda qol sayını 22-yə çatdıran cənubi amerikalı “Qarabağ”ın heyətində bir mövsümdə ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Reynaldo 2003/04 mövsümündə 20 qolla çempionatın ən sərrast futbolçusu olan Samir Musayevin rekordunu 2 top üstələyib.
Reynaldo həm də ölkəmizdə bir mövsümdə ən çox qol vuran braziliyalı adına sahib çıxıb. O, ötən mövsüm AZAL-da 21 qol vuran Junior Nildonun göstəricisini arxada qoyub. Premyer Liqada ən çox qol vuran legionerlər arasında isə Reynaldo 2-cidir. Braziliyalı elə ötən mövsüm 26 topa sevinən Nikolas Kanalesdən 4 top geri qalır. Çilili bombardir rekorda “Neftçi”də imza atmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail