Avrokuboklarda 17-ci, ÇL-də 7-ci təmsilçimiz

08.05.2014 | 3418 dəfə oxunub

2014/15 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçü müəyyənləşib. Stadium.az xəbər verir ki, Topaz Premyer Liqasının 34-cü turunda “Bakı”nı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” qitə miqyaslı turnirlərə 3-cü vəsiqənin sahibi olub.
Bunadək isə “Qarabağ”la “İnter” “dördlük”də yerini təmin etmişdi. Sonuncu 4-cü vəsiqə isə “Neftçi” ilə “Bakı” klublarından birinə qismət olacaq. “Ağ-qaralar” ya çempionatda daha yüksək pillədə qalsa, ya da kubokun finalında qalib glsə, Avropa Liqasında iştirak edəcək. “Bakı” isə qiyabi mübarizə aparacağı rəqibi ilə 5 xallıq fərqi aradan qaldırmalı, üstəlik “Neftçi”nin finalda “Qəbələ”yə uduzmasına ümid etməlidir.
3-cü vəsiqənin sahibi olan “Qəbələ” isə tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Əsası 2005-ci ildə qoyulan klub 9 yaşında qitə səhnəsinə çıxmaq hüququ əldə edib. Əyalət təmsilçisi avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu olacaq. Belə ki, indiyədək 16 komandamız ölkəmizi avrokuboklarda təmsil etmək imkanı qazanıb.
Bunlar paytaxt təmsilçiləri “Neftçi”, “Bakı” (əvvəlki “Dinamo”), “İnter” (əvvəlki “Xəzər Universiteti”), “Bakı fəhləsi”, AZAL (əvvəlki “Olimpik”), “Xəzri”, “Şəfa”, həmçinin “Qarabağ”, “Kəpəz”, “Karvan”, “MKT-Araz”, “Şəmkir”, “Simurq”, “Xəzər Lənkəran”, “Turan” və “Viləş” komandaları olub.
34-cü tur həm də Çempionlar Liqasında iştirak edəcək klubu müəyyənləşdirib. Məğlub olan “İnter” yenidən Avropa Liqasında, “Qarabağ” isə qitənin ən nüfuzlu klub turnirində oynayacaq. Əvvəllər 2 dəfə Kuboklar kuboku, 7 dəfə Avropa Liqası (əvvəlki UEFA kuboku), 1 dəfə İntertoto kubokunda çıxış edən ağdamlılar çempionların turnirində debüt edəcək. “Qarabağ” Çempionlar Liqasında Azərbaycanın 7-ci təmsilçisi olacaq. Bunadək “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Bakı”, “İnter” və “Xəzər Lənkəran” burada mübarizə aparıb.
(PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail