"Qəbələ" tarixi uğura imza atdı

08.05.2014 | 2649 dəfə oxunub

Topaz Premyer Liqasının XXXIV turu “Qəbələ” üçün tarixi əhəmiyyət kəsb edib. Stadium.az xəbər verir ki, “Bakı” üzərində 3:1 hesablı qələbə qazanmış Yuri Syominin yetirmələri Azərbaycan çempionatları tarixində özünün ən yüksək nəticəsini təmin etdi.
Mövsümün sonuna 2 tur qalmış 3-cü pillədə qərarlaşan, gümüş medal şansını da qoruyan “qırmızı-qaralar” ilk “dördlük”də yerini təmin edib. Bu isə klub tarixinin ən yaxşı nəticəsi olan 2011/12 mövsümündəki 5-ci yerdən yaxşıdır.
Azərbaycan kubokunun finalında “dördlük”də yer almağa digər namizədlə “Neftçi” ilə görüşməsi “Qəbələ”nin indidən avrokuboklara da vəsiqə qazanması üçün zəmin yaradıb. 2005-ci ildə əsası qoyulan komanda 9 illik tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb. Bu, son iki tur və kubokun finalının nəticəsindən asılı olmayaraq rəsmiləşib.
XXXI turda “Rəvan”ı 2:1, XXXII turda “Simurq”u 1:0, ötən tur “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən Yuri Syominin yetirmələri ardıcıl 4-cü qələbəsini qazandı. Bu isə klubun Premyer Liqa tarixində ən uzun qələbə seriyasının təkrarıdır. Komanda ötən mövsümün XXI-XXIV turlarında da ardıcıl 4 matçda 3 xal əldə etmişdi. Növbəti turda əldə olunacaq qələbə ilə “Qəbələ” mütləq rekord rəmsiləşdirəcək.
Bu görüş digər rekordlarla da əlamətdar olub. Bir mövsümdə vurulan qolların sayında (45) 2011/12 mövsümündəki rekord (43) yeniləndi. Qələbə (17) və xal sayında (57) ötən tur müəyyənləşdirdiyi rekordu daha da yaxşılaşdırdı. Ev qələbələrinin sayında 2009/10 və 2011/12 mövsümlərinin rekordu təkrarlandı – 9 qələbə. Ev oyunlarında vurulan qolların sayında 2011/12 mövsümüün rekordu təkrarlandı. Cari çempionatda 12-ci qolunu vuran Subotiç Premyer Liqada bir mövsümdə ən çox qol vurmaq rekordunu yaxşılaşdırdı.
Marat İzmaylov və Müşfiq Teymurov “Qəbələ”nin heyətində qol hesablarını açdılar. Marat 16-cı, Müşfiq isə 15-ci görüşündə buna nail oldu. Bununla da klub tarixində qol vuranların ümumi sayı 86-ya, Premyer Liqada fərqlənənlərin sayı 64-ə çatdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada  “Qəbələ” üçün qol vuran ən gənc futbolçu oldu. Ölkə çempionatları tarixində isə o, komandanın 5-ci ən gənc qolçusudur. Amil Yunanov (19 yaş 4 ay 5 gün), Vasif Əliyev (20 yaş 20 gün), Vüsal Qarayav (20 yaş 1 ay 3 gün), Samir Zərgərov (20 yaş, 5 ay 25 gün), Asif Məmmədov (20 yaş 7 ay 27 gün) daha gənc qol vurmuşdular.
(Klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail