"Mövsümü ölkə kubokunun qalibi kimi..."

09.05.2014 | 3256 dəfə oxunub

Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Bakı" (3:1) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan oldu. Stadium.az xəbər verir ki, komandasının heyətində 15-ci matçına çıxan "Qəbələ" Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada - "qırmızı-qaralar"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada Qəbələ üçün qol vuran ən gənc futbolçu oldu. 

Matçın ardından təəssüratlarını klub saytı ilə bölüşən Teymurov qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, qarşıda onları ciddi sınaqların gözlədiyini deyib: 

"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidi. Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, Neftçi ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq Qəbələyə ilk titul qazandırmaqdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail