Ölkə kubokunun sahibi: "Qələbəni "Neftçi" ilə ürəyi döyünən hər kəsə həsr edirik" MÜSAHİBƏ

10.05.2014 | 6289 dəfə oxunub

Bu gün futzal üzrə ölkə kubokunun final matçı keçirildi. "Neftçi"İSM "Fənərbaxça"ya qalib gələrək kubokun sahibi oldu. Stadium.az olaraq kuboka sahib çıxan "Neftçi"nin kapitanı Fərid Atakişiyevdən müsahibə götürdük. Etibarlı oyunu ilə gənc olmasına baxmayaraq kapitan sarğısını daşıyan Atakişiyev final oyununda da özünü ən yaxşı tərəfdən göstərdi. 

- Final oyunu olduğundan yəqin ki, xüsusi hazırlaşmışdız...

- Təbii ki. Bu görüş bizim üçün çox önəmli idi. Ona görə də çox yaxşı hazırlaşmışdıq.

- Rəqibiniz də dişinizə görə idi. Elədi?

-  Düzdü. “Fənərbaxça” bu il yüksək liqada debüt etməsinə baxmayaraq layiqli rəqib idi. Yaxşı da oynadılar.

- Matçın gedişində üstünlüyünüz var idi. Ancaq sonradan üstünlüyü əldən verdi...

- Elədi. 3 qol vurub öə keçmişdik. Ancaq sonradan qapımızda üç qol gördük.

- Arxayınçılıq?

- Elədi.

- 3:3-dən sonra rəqibin bir qol da vuracağından qorxmadın ki?

-  Yox qorxmadım. Çünki görünürdü ki, rəqib də penaltilərə razıdı.

Açıq danışsaq penaltilər zamanı nə düşündün? Öz-özünə dedin ki, kubok sizindi ya şübhən qalmışdın?

- Biz oyundan öncə komanda şəklində qalib gələcəyimizə inanırdıq. Sadəcə penalti seriyası lotoreyadı. Hətta ulduz futbolçular da səhvə yol verir.  Şükür Allaha dəqiq oynadıq və qalib gəldik.

- Qol vurdun heç?

- Yox qardaşım. Ancaq bir kapitan kimi əlimdən gələni etdim(gülümsəyir).

“Neftçi”İSM tarixində neçənci kubok oldu?

- Artıq üçüncü.

Qələbəni qeyd etdiz komanda şəklində?

- Inşallah sabah Sadıq müəllim bizi qəbul edəcək. Komanda şəklində yığışacağıq. Elə qələbəmizi də başda prezidentimiz Sadıq müəllim olmaqla, bütün “Neftçi” ilə ürəyi döyünən insanlara həsr edirəm. Komanda adından idman direktorumuz Ruslan Hüseynov və baş məşqçi İlqar Aslanova öz təşəkkürümüzü bildirirə. Həqiqətən onların üstümüzdə çox əziyyəti var.

- Ancaq avrokuboklara getməyəcəksiz. Nəzərə alsaq ki, futzalda bircə UEFA kuboku turniri var...

- Düzdü. Amma kuboku götürərək də avrokuboklara yollana bilərdik. Əgər “Araz” “Dördlər finalı”nı qazansaydı, biz də avrokuboklara gedəcəydik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail