"ABŞ haqda çox danışmağa ehtiyac yoxdu" MÜSAHİBƏ

10.05.2014 | 3496 dəfə oxunub

Milli komandamızın və "Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev müsahibə verib:

- Şəhriyar öncə səni təbrik edirəm. Milli komandaya dəvət aldın. Nə deyə bilərsən bu haqda?
- Çox sağol. İnanırsan milliyə çağrılmaq çox gözəl hissdi. Əsas milli başqa şeydi. Çox sevinirəm. Hamı məni təbrik edir. U-21 yığma komandası da bizimdi. Əsas milli tamam başqadı. İnşallah, məqsədim millinin daimi üzvünə çevrilməkdi. Komandanın əsas üzvü olmaq istəyirəm.

- ABŞ-la oyunda necə, səni əsas heyətdə görə bilərik?
- Bilmirəm, vallah. İnşallah əgər şans olarsa, bütün gücümlə oynayacam.

- Berti Foqts səninlə danışıb?
- Yox, danışığımız olmayıb.

- Deyəsən, Foqtsun dəvəti sənin üçün də gözlənilməz olub...
- Vallah, millidən dəvət gəlməyini çox istəyirdim. Şükürlər olsun, dəvət də gəldi. Təbii ki, bu şansdan maksimum istifadə etməliyəm.

- ABŞ-la matç haqda hansı fikirdəsən? Çoxları millimizin hətta böyükhesabla məğlub olacağını düşünür...
- ABŞ haqda çox danışmağa ehtiyac yoxdu. Onsuz da hamı bilir necə səviyyəli rəqib olduğunu. Biz də əlimizdən gəldiyi qədər yaxşı nəticə qazanmağa çalışacağıq.

- “Bakı” haqda da bir neçə sualım var. “Qəbələ” ilə oyunöncəsi çox şey danışıldı. Qalmaqal baş vermişdi. Komandanın bir üzvüsən. Ümumiyyətlə, “Bakı”da nə baş verir?
- Vallah, gördüyünüz kimi oyun oynadıq. Çətin oyun alındı. Çox söz-söhbət var idi. Ancaq hər şey ortada idi. Biz bütün komanda ilə “Qəbələ” matçına çıxdıq. 

- Hətta söz-söhbət gəzirdi ki, legionerlər Qəbələyə getmək istəməyib. Yalnız sən və Aqil Məmmədovun təkidindən sonra razılıq verilbər...
- Qardaş, belə söhbət olmayıb. Əgər komanda getmək istəməsəydi, getməzdi. Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdu. Hamı oyunda idi gördüyünüz kimi. Başqa şərhə ehtiyac yoxdu.

- İki gün məşq etmədiyinizə görə, meydanda əsl “Bakı” yox idi. Razısan?
- Yox, mən deyərdim, “Qəbələ” həmin oyunu yaxşı oynadı. Əsasən də ilk hissədə güclü idi.

- Matçdan öncə avrokuboklar şansınız qalmışdı. Ancaq məğlubiyyət hər şeyin üstündən xətt çəkdi...
- Qəbələdə hər şeyi itirdik. Əlbəttə ki, “Bakı” kimi klubun Avropada olmaması bir az üzücüdü. Təəssüf ki, belə alındı.

- Hazırda komandada maliyyə böhranı olduğu deyilir. Bu gedişlə necə olacaq?
- “Bakı” böyük klubdu. Hər şey yaxşı olacaq. Çox adam çox şey danışır. Ancaq “Bakı”nın indiyə kimi kiməsə bir manat borcu qalmayıb. Bilirəm ki, pullarımız yüz faiz veriləcək. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail