Bundesliqa başa çatdı: Çempionlar Liqası və Avroliqaya hansı komanda yollandı?

11.05.2014 | 3945 dəfə oxunub

Almaniya Bundesliqasında 2013/14 mövsümü başa çatıb. Stadium.az xəbər verir ki, bu gün son turun oyunları keçirilib. Mövsümün yekunlarına əsasən "Bavariya", ikinci pillənin sahibi "Borussiya" (Dortmund), həmçinin 3-4-cü pillələri tutmuş "Şalke 04" və "Bayer" Çempionlar Liqasına vəsiqə qazanıb. Futbol mövsümünü 5-7-ci pillərdə başa vurmuş "Volfsburq", "Borussiya" (Münhenqladbax) və "Maynts 05" Avropa Liqasına vəsiqə əldə edib. 

Son iki pilləni - 17-18-ci yerləri tutan "Nürnberq"lə Braunşveyq "Ayntraxt"ı yeni mövsümə aşağı liqada başlayacaq. II Bundesliqada çepion olmuş "Köln" I Bundesliqaya vəsiqə qazanıb. Daha bir komandanın adına son turun oyunlarından sonra bilinəcək. Hazırda ikinci pillədə qərarlaşan "Paderborn"un 59, üçüncü yerdəki "Paderborn"un 57 xalı var. Onlardan biri güclülər dəstəsinə birbaşa vəsiqə qazanacaq. 3-cü pilləni tutan komanda isə I Bundesliqanın 16-cı komandası - "Hamburq"la play-off oynayacaq.
 
Bundesliqa
2013/14 mövsümü
XXXIV tur

10 may
Bavariya - Ştutqart 1:0
Qol: Klaudio Pizarro, 90.

Herta - Borussiya (Dortmund) 0:4
Qollar: Robert Levandovski, 41; 80. Miloş Jajiç, 44. Henrik Mkıtaryan, 82.

Şalke 04 - Nürnberq 4:1
Qollar: Leon Qoretzka, 6. Roman Neustadter, 45. Julian Draksler, 75. Çinedu Obasi, 90+2 - Yosip Drmiç, 90.

Volfsburq - Borussiya (Münhenqladbax) 3:1
Qollar: Kevin de Bruyne, 30. İvan Perişiç, 68. Robin Knoçe, 81 - Kristof Kramer, 64.

Hoffenhaym - Ayntraxt (Braunşveyq) 3:1
Qollar: Sebastian Rudi, 15. Roberto Firmino, 64. Kevin Volland, 70 - Jan Hotşteydt, 88.

Maynts 05 - Hamburq 3:2
Qollar: Elkin Soto, 7. Yunus Malli, 65. Şinji Okazaki, 82 - Pierre Mişel Lasoqqa, 12.

Hannover 96 - Frayburq 3:2
Qollar: Sabolk Huszti, 45. Artyoms Rudnevs, 65. Edqar Prib, 80 - Conatan Şkmid, 50. Filip Zulexner, 78.

Bayer - Verder 2:1
Qollar: Ömer Toprak, 34. Eren Derdiyok, 53 - Teodor Gebre Selassi, 21. 

Auqsburq - Ayntraxt (Frankfurt) 2:1
Qollar: Raqnar Klavan, 29. Andre Han, 80 - Joselu, 15.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail