Tərlan Əhmədov: "Bizdə hərdən Fair Play qaydaları işləmir, bunu normal qarşılayıram"

12.05.2014 | 3138 dəfə oxunub

“Üç məğlubiyyət və dörd heç-heçədən sonra bugünkü oyunda qələbə qazanmaq istəyirdik”. Stadium.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Bakı" ilə oyundan (0:1) sonra deyib. Əhmədov rəqibin qol vurduğu epizodda əllə oynadığını bildirib: “Matçın əvvəlində komandada həyəcan hiss olunurdu, lakin tədricən öz oyunumuzu tutduq. Hücumda istədiyimiz oyunu göstərə bilmədik. Kərim Diniyevin olmaması yarımmüdafiədə bizə müəyyən problemlər yaratdı. Lakin onu əvəz edən Aydın Qasımovun oyunu xoş təəssürat bağışladı. Sevindirici haldır ki, komandamızda bu cür gənc futbolçular yetişir. Komanda sona kimi mübarizə apardı. Heç-heçəni oyuna görə ədalətli nəticə sayıram.
Bizdə hərdən Fair Play qaydaları işləmir, bunu normal qarşılayıram. Meydançadakı oyuna müdaxilə etməyə ixtiyarımız yoxdur, çünki meydanda hakim var. Hər halda qol epizodunda əl ilə oyun var idi. Cərimə meydançasında rəqib əl ilə oynayırsa və 6 hakim bunu görmürsə, o qədər hakimin orada olmağının nə mənası var? 4 hakim də bəs edərdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail