Əfran: "Bakı"dan getmək istəyirəm" - MÜSAHİBƏ

14.05.2014 | 5807 dəfə oxunub

"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Stadium.az saytına müsahibəsi:

- Əfran salam, necədir işlər?

- Şükür, hər şey yaxşıdır. Görək də, sonrası necə olacaq.

- Son oyunlarda niyə oynamırsan?

- Belimdə ağrılar var, həkimlər də bu barədə bildirib. Buna görə də baş məşqçi sağlamlığıma görə risk etmək istəmədi. Sadəcə bel ağrılarıma görə meydana çıxa bilmirəm.

- Bəlkə başqa səbəb var?

- Başqa nə səbəb olacaq ki? Heç bir səbəb yoxdur. Sadəcə zədəmə görə oynamıram. Baş məşqçimiz də bunu yaxşı bilir.

- Bəlkə pullarınızı ala bilmirsiz deyə oynamaq istəmirsiz?

- Yox, belə deyil. Mən bu komandanın futbolçusuyam və meydana çıxacaq gücüm varsa oynamalıyam. Pulla heç bir əlaqəsi yoxdur.

- Həqiqətən pullarınızı ala bilmirsiz?

- İnşAllah hər şey yaxşı olacaq. Söz veriblər, qarşıdakı günlərdə bu problem də həll olunacaq.

- Neçə aydı pul almırsız?

- Bu barədə danışmaq istəmirəm. Bu, klubla futbolçusu arasında olan işdir.

- Axı pula görə komandada futbolçular üsyan etmişdi. Məşq etmədiz, az qala “Qəbələ”ylə oyuna da getmirdiz?

- Bəs niyə getdik? Siz yazılanların hamısına fikir verməyin. İnanın, heç də hər şey yazılanlar kimi deyil. İstəməsydik heç getməzdik, amma belə bir şey yox idi. Bizim haqqımızada çox şeylər yazırlar.

- Deyilənə görə “Bakı”dan getmək istəyirsən?

- Ola bilər, amma klubla hələ bir illik müqaviləm var.

- Konkret fikrin ədir, gedirsən, yoxsa qalırsan?

- “Bakı”dan getmək də istəyirəm, qalmaq da. Dediyim kimi, hələ bir illik müqaviləm var.

- Buraxsalar gedəcəksən?

- Hə, bax əsas məsələ budur. Buraxsalar bəli gedəcəm.

- Hansı klublar səni istəyir?

- Bu barədə nəsə demək istəmirəm.

STADİUM.AZ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail