İtaliyalı dünya çempionu Bakıya gəlir

15.05.2014 | 3300 dəfə oxunub

Mayın 19-da Bakıda keçiriləcək Beynəlxalq Futbol Könüllülüyü Forumunun qonaqlarından biri məlum olub. Stadium.az xəbər verir ki, tədbirin təşkilatçısı olan AFFA məşhur italiyalı futbolçu Canluka Zambrottanı da ölkəmizə dəvət edib.

 “Yuventus”,  “Milan”, “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Avropa çempionatında gümüş, 2006-cı ildə isə dünya çempionatının qızıl medalını qazanmış 37 yaşlı müdafiəçi mərasimə forumun səfiri kimi qatılacaq. Hazırda B seriyasında çıxış edən “Kiasso”da çıxış edən Zambrotta ölkəmizdə fanatları ilə də görüşəcək.

 Qeyd edək ki, “Abşeron Marriott” otelin Şərq zalında keçiriləcək forum mayın 19-da, saat 10:00-da başlayacaq. Burada 8  ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail