AFFA altı klubu Premyer Liqaya buraxmadı

15.05.2014 | 3385 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb. 

AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydaları"nın 8-ci maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb: 

1. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, "Bakı" FK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK.
 2. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

 "Ağsu" FK, “Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Şuşa” FK, “Turan-T” İK.

 3. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

 Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 14-cü maddəsinə müvafiq olaraq, 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail