Mənsimov Dənizlinin istefası haqda: "Fikirlərimiz üst-üstə düşmədi" MÜSAHİBƏ

16.05.2014 | 2980 dəfə oxunub

Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov müsahibə verib.

- Dünən keçirilmiş mətbuat konfransında baş məşqçi Mustafa Dənizli yeni mövsümün planları barədə danışsa da, bu gün onun istefası barədə açıqlama verildi.

- Əvvəla qeyd etmək lazımdır ki, dünən baş tutmuş mətbuat konfransının keçirilməsi, həmçinin onun yeri və vaxtı sırf məşqçinin özü tərəfindən təyin edilmişdi. Biz də sizin kimi sadəcə tədbirin keçiriləcəyi barədə məlumat aldıq. Mətbuata açıqlamasında Dənizlinin özü də bildirmişdi ki, rəhbərliklə görüş keçiriləcək. Həmin görüş də məhz bu günə nəzərdə tutulmuşdu.

- Bu görüş barədə bir qədər ətraflı danışmağınızı xahiş edərdik...

- Görüşdə hazırda mövcud olan durum barədə fikir mübadiləsi apardıq. Qısaca olaraq deyə bilərəm ki, məsələyə baxışda fikirlərimiz üst-üstə düşmədi. Dənizli də bunu tam anlayışla qarşıladı. O, peşəkar mütəxəssisdir, böyük klubların rəhbərlikləri ilə geniş iş təcrübəsi var. Hər klubun öz strategiyasının olduğunu da çox gözəl dərk edir. Bütün bu faktorlar bizim müzakirələri daha da rahatlaşdırdı, hərçənd ki, yekunda verilən qərar iş birliyimizin sonuna gətirib çıxardı.

- Lakin Dənizli dünən keçirilən konfransda istefa verəcəyi haqqında fikirləri tamamilə təkzib etmişdi. Etiraf edək ki, bu fikirlərin fonunda indiki açıqlamalar gözlənilməz oldu.

- Baş məşqçi ilə yolların ayrılması qərarı bu gün keçirilən görüşün nəticəsi olaraq verildi. Yəqin ki, həmin konfransın görüşdən əvvəl baş tutması bir qədər tələsik addım idi. Dənizli ilə söhbət zamanı bu məqama da toxunduq.

- Görüşün keçiriləcəyi halda, bundan bir gün əvvəl konfransın təşkil olunması nə qədər vacib idi?

- Bir daha qeyd edirəm ki, mətbuat konfransı sırf məşqçinin təşəbbüsü ilə baş tutdu. Dənizlinin klubumuzda çalışdığı bütün dövr ərzində verdiyi bütün qərarlar kimi, buna da tam hörmətlə yanaşdıq, və hətta klub nümayəndələrinin də tədbirdə iştirakını təmin etdik. Bir sözlə, son günə qədər üzərimizə düşən öhdəlikləri tam olaraq yerinə yetirdik. Yeri gəlmişkən, mütəxəssis özü də bunu media ilə görüşündə qeyd etdi.

- Bundan sonra tərəfinizdən hansı qərarların qəbul olunacağını müəyyən etmisinizmi?

- Artıq mövsüm başa çatmaq üzrədir. Vaxtımızın çox az olduğunu anlayırıq. Odur ki, qısa müddət ərzində qərar verməyimiz vacibdir. Son illərin təcrübəsini nəzərə alaraq, bu dəfə soyuqqanlı və düşünülmüş addım atmağımız zəruridir. Geridəqalan mövsümlərdə azarkeşlərimizin nə qədər üzüldüyünün fərqindəyik. Yeni mövsümdə onlara olan mənəvi borcumuzu qaytarmaq üçün əlimizdən gələni etməliyik. (apasprot.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail