"O, mənim ağsaqqalımdı, böyüyümdü, dostumdu, atamdı" MÜSAHİBƏ

17.05.2014 | 3136 dəfə oxunub

Stadium.az "Baghlan Group”un prezidenti, “Bakı” və “Lans”ın sahibi, məşhur iş adamı Hafiz Məmmədovun “qafqazinfo”ya müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Son günlər Azərbaycan mətbuatında “Bank of Azerbaijan”ın problemləri ilə bağlı bir çox xəbərlər dərc olunur...
- Heç bir problem yoxdur. Bank işi olduqca təhlükəlidir. Mənə deyirlər ki, saytlarda bankla bağlı nəsə yazırlar. Onları yazanlar təxribatçılardır. Sən necə fikriləşə bilərsən ki, 10, 20, 50,100 min manat depozitini istəyən adama Hafiz və ya Hafizin dostu pul tapıb verə bilməyəcək? Bu mümkün olan şey deyil. Mən “Ziver Bank”da çalışmış adamam. Ordan biznesə gəlmişəm. Adətən bankda bir balaca narahatlıq olanda insanlarda təşviş yaranır ki, gedim əmanətlərimi götürüm. “Bank of Azerbaijan”da heç bir problem yoxdur.
 

- “Bank of Azerbaijan” sizindir, ya Ziya Məmmədovun?
- Bank mənimdir, qardaş. Ziya müəllim Azərbaycanın hörmətli naziridir. Heydər Əliyev siyasətinə sadaqətli bir insandır. Mənim ağsaqqalımdır, böyüyümdür, dostumdur, atamdır, ata əvəzimdir. Mənim formalaşmağımda çox böyük rolu olub, mənə dəstək verib. Bir vaxtlar deyirdilər ki, taksi xidmətini dostuna bağışlayıb. Ziya müəllim nə taksi xidmətini, nə avtobus xidmətini dostuna verməyib. Bu işlər hamısı tenderlə müəyyənləşir. Təklif verildi və dəstəkləndi. Hafiz Məmnmədov 30 milyon pul xərclədi taksiləri Bakıya gətirmək üçün. Bəziləri iddia edirdi ki, Hafiz Məmmədov ölkəsinə ziyan vurur, korrupsionerdir, monopoliyası var. Xeyr, monopoliya filan deyil… Nəqliyyat Azərbaycanda özəl əldədir, dövlətin əlində deyil. Hər şirkət isə bu riskə razı olmazdı. Kim risk edərdibu işi öhdəsinə götürməyə? Hafiz Məmmədov isə Fransadan kredit cəlb etdi və taksiləri gətirdi.

- Azərbaycanda bank fazilərinin yüksək olması həmişə müzakirə mövzusu olub. Prezident seçkiləri dövründə prezidentliyə namizədlərin demək olar ki, hamısının qaldırdığı məsələ faizlərin yüksək olması ilə bağlı idi. Siz necə fikirləşirsiziniz?
- Banka qoyulan depozit satılmalıdır. Digər tərəfdən əhaliyə yüksək deposit faizi verilir axı. Əhali pulu 5 faizlə depozitə qoyursa, 7 faizlə kredit verilir. Mən 5 faizə deposit alıb, 1 faizə kredit verə bilmərəm axı. Bankın işi pul alıb satmaqdır. Baha alınanda baha satırsan. Bizim hələki bazarımız budur. Bu gün Avropa banklarında 1-dən yuxarı faizlə depozit qoya bilmərsən. Ancaq Azərbaycan banklarında 12-13 faizlə depozit qoyursan. İndi bəzi əks fikirlər səsləndirənlər iqtisadçı deyillər, ona görə belə düşünürlər. Yavaş-yavaş biz də Avropa səviyyəsinə gələcəyik, yəni sizing arzuladığınız 1, 2 faiz söhbətinə. Faiz nə qədər aşağı olsa, inam da bir o qədər çox olar.

- Neçə övladınız var?
- Üç oğlum var. Ən böyüyün 27 yaşı var. Mənə çox oxşayır. Elə bil asqırmışam, burnumdan düşüb. Bığı yoxdur, olsa deyərlər «Hafkadı», gəlir. İkincisi Sənandır. O, Londonda yaşayır, biraz “angliskiy” oğlandır. Üçüncüsü də dədəmdir. O, bir az bahalı vaxtıma düşüb deyə, ərköyündür.2

- Nə iş görür oğlanlarınız?
- İkisi Naxçıvanda böyüyüb deyə, ora “ponyatıya”sı ilə gedirlər. Balaca burda böyüyüb, bəzi kaprizləri var. İki oğlum İngiltərədə universitet bitirib. Sənan Londonda “Atletiko” ilə “Bakı” arasında olan əməkdaşlığın kordinatorudur. Onun vasitəsilə bizim beynəlxaq məsələlərimiz həll olunur. Yəni övladlarımdan narazı deyiləm. Əsas odur ki, vətənə millətə xeyirli övlad olsunlar.
 

- Problem yoxdur deyirsiz, ancaq “Bank of Azərbaycan” bu günlərdə ofisini tərk edib…
- Mənim İnqilab küçəsində yaxşı bir binam var. O yeri hamı tanıyır, mən niyə orda oturmayım? Ancaq əvvəlki yerdə filialımız qalacaq. Mənim keçən ildən belə bir planım var idi. Fikirləşdim ki, bank üçün yaxşı binadır. Bankın binası ayrı olmalıdır da. Bank olan yerdə mən olmamalıyam. Bank başqa binada olmalıdır. Bank sirrləri olan bir şirkətdi. Heç kəs onun sahibini, depozitlərin sahibini görməməlidir. Xalqda isə krediti alıb qaytarmaq mədəniyyəti olmalıdır. Kredit vaxtında qaytarılmayanda bəzi problemlər də çıxa bilər.
 

- Deyəsən, fransız şərabını çox sevirsiziniz?
- Fransız yox, italyan çaxırını sevirəm. Fransız çaxırlarını əvvəllər sevmişəm. Haqqımda Fransada çəkilən verilişdə də o, uşaqlara özüm hörmət əlaməti olaraq “Petrucci” şərabı verdim. Onlar heç vaxt bu şərabdan içməyiblər, çünki çox bahalıdır. Rastoranlarda 3000-3800 avro arasında dəyişir qiyməti. Onlara “Petrucci” verdim, özüm “Massetti” içdim. “Massetti” italyan şərabıdır. İtalyan şərabının təzəsi gözəl olur, fransız şərabının köhnəsi.
 

- Azərbaycan içkiləri ilə aranız necədir? 
- Gözəl konyaklarımız, şərablarımız var. Vallah səmimi deyirəm. Hər gedəndə "Mercy Baku", Qəbələnin “Xan” arağını aparıb hədiyyə verirəm. İçənlər həmişə deyir ki, çox gözəldir. Hamısı superdir. “Hammer” markalı maşını eyni texlogoiya ilə burda da istehsal etmək olar. Yəni bizdə də yaxşı şərabın istehsal texnologiyası var. Azərbaycanın çox bərəkətli, İtaliyan torpağı kimi torpağı var. Çaxırın da getdiyi xüsusi yer var. İngiltərədə gedib gözəl şərab içə bilmərsən. Azərbaycan günəşli bir ölkədir. Naxçıvanın, Şəmkirin şərabları var. Bu, təbiətdən asılıdır. Mən hər yerdə fəxrlə deyirəm ki, Azərbaycan balaca bir ölkədir, 9 iqlim qurşağına malikdir, hər şeyimiz var. Bir yerdə göyçədi, bir yerdə nardı, bir yerdə qarpızdı. İnanılmaz bir şeydir. Fenomendir. 50 kilometrdən bir iqlim dəyişir. Alma Qubadadı, bu tərəfdə şaftalıdı, bu biri tərəfdə heyvadı. Mən həmişə qonağım olanda onlara pay qoyuram. Bazarda taxtadan yeşik düzəldən nəfər var. Klubumun azərkeşidir. Yeşiklərə "Bakı"nın, "Qız qalası"nın emblemlərini vurur. Məni tanımır, ancaq klubuma balet edir. Mənə həmişə deyirlər ki, qutunu açanda xüsusi iy gəlir. Bakıdan nə gətirmisən? Çoxları elə bilir ki, ətirdir. Göyərtinin,meyvənin iyi vurur. Bilirsən nə qədər ləzzət edir adama? İkrasını hələ demirəm.  

- Dediniz ki, Ziya Məmmədov da, oğlu da dostunuzdur. Mətbuatı çox izləmədiyinzi dediniz. Ancaq yəqin ki, məlumatınız yəqin. Son zamanlar dostunuzun övladları mətbuatda ən çox müzakirə olunan adamlardır. 
- Dostumun uşaqları deyil, qardaşının uşaqlarıdır. Amma onlar da dostumdur. 

- Bu yazılanlar nə dərəcədə doğrudur? 

- Onlar çox gözəl insanlardır. 

- Bəs yazılar necə, necə pis və yalandır?
- Mənim də maşını sürətli sürmək istədiyim vaxtlar olub. Vallah, o maşınlar sürət tələb edir. Ay qardaş, bir hadisəni bu qədər açıb-ağardarlarmı? Heç kim tərbiyəsizlik eləməsin, heç kim camaata narahatçılıq törətməsin,heç kim polisə qarşı kobudluq etməsin. Polis forması atributdur. Mənim 50 yaşım var. Polis saxlayanda maşından düşürəm. Əgər avtoşluqdan söhbət gedirsə, ictimai yerdə olmaz. Ona görə də, xaricdə avtoşluq üçün ayrıca yer ayrılıb. Bilmirəm indi bu uşaqlarla konkret nə olub. Cavan oğlandırlar. Möhkəm sürür-sürmür bilmirəm. Ancaq bunu niyə böyüdürlər anlamıram. Atası ilə, əmisi ilə də əlaqələndirmək düzgün deyil. Bizə yaraşmaz.

- Yəni, Ziya müəllimlə dostsunuz və...
- Ziya müəllimlə dost deyiləm, o mənim ağsaqqalımdır. O, çox yaxşı kişidir. Ziya müəllim Heydər Əliyev siyasətinin fanatıdır. Göydə də olsa, yerdə də olsa ən birinci xatirinə saldığı adam Heydər Əliyev, İlham Əliyevdir. İnan mənə, səmimi deyirəm. Bu insan bu siyasətin fanatıdır. Bir çox nazirimiz elədir. Ancaq mən bu kişinin həmişə yanında olmuşam. Dərsini keçmişəm. Bu kişi mənə həmişə dəstək verib. Yəni, ata dəstəyi verib. Əvəzolunmaz bir kişidir. O, mənim dostum yox, böyük qardaşımdır. Ancaq mən onların hamısı ilə dostam. Həm oğlanları ilə, həm də özləri ilə. Yeganə adamam ki, həm oğlanları ilə, həm də özləri ilə dostluq edirəm. Mən çox yaxşı biznesi olan bir təşkilatın rəhbəriyəm. Həm də bankım var. Əslində mənim bankım deyil, uşaqlarımın bankıdı. Buna deyirlər, aidiyyatı şəxslər. Bəzi banklar kapitalın 20 faizindən yuxarı adama pul verə bilməzlər. Ancaq təsəvvür edin ki, mən bir biznes layihəsi edirəm və veloisipet gətirirəm, ancaq, o bankın 20 faizindən yuxarı vəsaitinə dəyə bilmərəm. Yəni, risk olmasın deyə, o kapitalının 20 faizini mənə verir. Bu biznes işi mürəkkəbdir. Gərək hər şeyi ölçüb-biçəsən.

- Nə üçün siyasətlə maraqlanmırsınız? 
- Mən siyasətlə ömürboyu məşğul olmamışam, olmayacam da. Özü də naxçıvanlıyam ha! Naxçıvanlılar bərk siyasətlə məşğul olan adamlardı. Hər işi görüb qoyarlar qırağa, axırıncı siyasətdən danışıb, yatarlar. Torpaq bizi elə böyüdüb. Bzi çox bağlı yerdə yaşamışıq. Bir-birimizə bağlı olmuşuq. Bölgəmiz elə olub. Biz hamımız siyasətçiyik. Ancaq mən məşğul olmuram. Çünki mən iş adamıyam. Əslində mən siyasətə xidmət edirəm, lakin müxalifət siyasətinə yox.

- Necə?
- Bu gün həyata keçirilən siyasətin alternativi yoxdur. Ona görə də mən bu kursu sevirəm. Bir dəfə bir türk dostumla siyasətdən danışanda mənə dedi ki, mən ölkəmdəki siyasətə dəstək verirəm. Dedim niyə? Dedi ki, alternativi yoxdu Türkiyə üçün. İndi Azərbaycan üçün bir siyasət var. O da Heydər Əliyev siyasətidir. Nəyi pisdir? Mən xaricilərlə söhbət edəndə deyirdilər, Bakı-Ceyhan olmayacaq. Necə yəni olmayacaq? Heydər Əliyev necə etdi ki, oldu? Hamı Azərbaycanı tanıyır. Bu siyasətin bəhrəsidir. Mən necə bu siyasəti sevməyim, necə uşaqlarımı bu siyasətə yönəltməyim? Bir azərbaycanlı kimi deyirəm sənə. Bardaq olmalıdı? Xeyr. Stabillik olmalıdır. Dövlətçilik üçün, xalqımız necədi? “Eurovision” dalınca Olimpiyada gəlir. Bilirsən nələr var? Allah and olsun ki, bu dəqiqə qonaq gəlib-gedəndə dəhşətə gəlir. Bakı çox gözəldir. Haqqında ən çox mahnı bəstələnən şəhərdir.

- Hardan bilirsiniz?
- Bilirəm. Hələ bilmirsiniz ki, yəhudilər Azərbaycanı necə çox istəyir. Burada yaşayan kim olursa olsun, Azərbaycan haqqında çox gözəl təəssüratları olur. İncik qalan yoxdu burada. Nə millətdən, nə xalqdan, nə də hökümətdən.

- Demək işləriniz qaydasında gedir…  
- Gedir, sən də görəcəksən. Hərdən özüm belə eləyirəm… Bayaq qohum-əqraba gəlmişdi ki, evimizi sataq verək bəlkə sizə. Hər şey əladır, qardaş. Hər şeyin qaydası, öz yeri var. O tərəfi də qınamaq olmaz. O tərəf də işini görür. Heç bir problemimiz yoxdur. Banka gəlincə, bu bank Azərbaycanın ilk onluğuna düşəcək. 

- Elə dünən eşitdim ki, bankın Sumqayıt filialı bağlanıb. 
- Sumqayıt yox. Bu gün birinə qol çəkmişəm, ancaq bilmirəm hansı filialdır. Amma, bilirəm ki, bəzi filiallar yox səviyyəsində işləyirlər. Bunlar lazımsızdır. Filial xətrinə filial lazım deyil. Lazımdısa, orada bir zavod quraram, fond açaram camaata kömək edərəm. 10 nəfər işləsin deyə orada filial aça bilmərəm, bazar iqtisadiyyatıdır. Sən hansı bölgədənsən?

- Biləsuvardan
- İstəyirsən, filialın birini də Biləsuvarda açaq... 

- Mən bayaq gələndə bir neçə otaqda adamlar sizi gözləyirdi. Saat isə indi artıq gecə 12-ni keçib. Hər gün belədirmi?
- Neçə ildir ki, belədir. Mən səhərə qədər işləyirəm. Elə olub ki, evə səhər saat 8-də getmişəm. 

- Bəs adam bu qədər işləyər?
- Şirkətin olanda, elə olacaq. Vaxt var idi ki, 8 saat yatmayanda özümü pis hiss edirdim. İndi iki saat yatanda şükür edirəm. Bədənim öyrəşib.

- Nəçə yaşınız var?
- 50 olacaq, yubileyimdir bu il. 

- Nə vaxt?
- Dekabrda.

- Mən də dekabrdanam.
- Oxatansan?

- Yox, oğlaqam.
- Oxatan olsaydın deyərdim ki, sən də mənim kimisən. Başın divara dəyənə qədər gedirsən…

- Yubileyi qeyd edəcəksiniz?
- Əlli yaşla bağlı cənab prezidentin bütün ölkəyə bir nümunəsi var. Sadə və ciddi. Bu əsl tərbiyə vermək deməkdir…



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail