"Normal çıxış etsəydik, Premyer Liqada qalardıq" MÜSAHİBƏ

18.05.2014 | 3246 dəfə oxunub

"Rəvan"ın üzvü Hüseyn Axundov Stadium.az-a müsahibə verib:

- "Bakı" ilə matçda uduzduz. Halbuki qalib əlib Premyer Liqada qala bilərdiz. Amma bunu da bacarmadız... 

- Son 4-5 turda qələbə qazanıb yüksək liqada qalmaq istəyirdik. Hər oyuna da qələbə ab-havasında çıxırdıq. Bilirdik ki, qələbə bizə lazımdı. Bacardığımızı etdik. Əsas məqsədimiz qalib gəlmək idi. Əlimizdən gələni etdik ki, nəsə edək amma o da alınmadı. Nə bilim qismət alınmadı. 

- Sanki komandada qələbə istəyi də yox idi. Nəzər alaq ki, "Rəvan" son "ölüm-dirim" mübarizəsinə çıxırdı. Bu mübarizəyə çıxan komandada meydanda "canını" qoyub qazamalı idi. Ancaq komandanızda bunu görmədik...

- Düzdü taktika oyun üslubu baş məşqçinin seçimidi. Hansı taktikada deyirsə, oynayırıq. O da düzdü ki, mübarizə aparmağın taktikaya heç bir əlaqəsi yoxdu. Yəni müdafiə futbolu oynasan da mübarizə aparmalısan, hücum futbolu oynasan da. Deməzdim ki, "Bakı"ya qarşı zəif oynadıq. 

- Hər halda son dəqiqələrdə "Bakı" artıq oyunu buraxmışdı. Vaxt olsaydı daha iki qol vura bilərdiz?

- 2:0-dan sonra özümüzdə güc tapıb bir qol vurduq. Ancaq "Bakı"nın dərhal hesabı artırması "Rəvan"ı hardasa sındırdı. 

- "Rəvan"ın Premyer Liqanı tərk etməsinin əsas səbəbi nədi? Baş məşqçi dəyişikliyi?

- Təbii ki, tez-tez baş məşqçi dəyişmək komandaya təsir edir. Çünki hər məşqçinin öz oyun üslubu olur. Məncə, uğursuz çıxışın hardasa birinci səbəbləri budu. Komanda yeni baş məşqçinin taktiasına bir aya-ayyarıma öyrəşir. Ancaq dərhal dəyişiklik olur. Təzə gələn də öz taktikasıynan oynayır. Builki "Rəvan" mən də daxil olmaqla zəif çıxış etdi.

- Bəlkə fikrinizi daha çox kuboka yönəltdiz deyə belə oldu?

- Deməzdim ki, yüz faiz fikrimizi ora yönəltmişdik. Hardasa 30/70-ə 20/80-a belə. "Rəvan" da tarixində ilk dəfə yarımfinala çıxmışdıq. "Neftçi" də ötənillə müqayisədə məğlubedilməz deyildi. "Neftçi"ni yarımfinalda keçmək olardı. Bəxtimiz gətirməyən oyunlar da oldu. Hər halda normal çıxış etsəydik, Premyer Liqanı tərk etməzdik. 

- Sizə klubdan nə deyiblər? Komanda birinci divizionda çıxış edəcək?

- İclas olmayıb. Heç kəs heç nə deməyib.

- Səncə necə olacaq?

- Allahdan ümid kəsilməz. İnşallah yaxşı olacaq. İnanıram ki,Premyer Liqanı tərk etməyəcək. "Rəvan"In digər klublar kimi büdcəsi böyük olmasa da, hər halda dəsti-xətti var. Əgər AFFA reqlamenti dəyişin 12 komanda edərsə, "Rəvan" premyer Liqada qalar. İndi komanda tapmaq da çətindi. Hər halda bizdə 14-15-ə yaxın yerli oyunçular var. Yerli futbolçununda komanda tapması da çox çətindi.

- Təkliflər var?

- Hələ ki, heç nə yoxdu.

- Komanda Premyer Liqanı tərk etsə necə, oynayacaqsan birinci divizionda?

- Başqa yerdən təklif olmasa, futbolu buraxası deyilikki. Gedib "Rəvan"ı birinci diviziondan çıxarıb gətirəcəyik Premyer Liqaya.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail