Land of fire Azerbaijan!

19.05.2014 | 2826 dəfə oxunub

"Barselona" - "Atletiko" oyununu bütün dünya səbrsizliklə gözləyirdi. "Futbol ədalətli davrandı" - bu sözləri "Atletiko"ya çempionluq qazandıran qolun müəllifi Dieqo Qodin Barselonadakı zəfərdən sonra söyləyib. Açıgını deyim ki, final fiti səslənən anda qeyri-ixtiyari gözlərim doldu. Ömürboyu "Barselona"ya azarkeşlik etsəm də, bu dəfə sevimli komandamın çempionlugu itiməsinə görə duygulanmamışdım.

 Tam əksinə, bu təkcə madridlilərin yox, qəlbində Azərbaycan sevgisi olan hər kəsin zəfəri idi. Köynəklərində AZƏRBAYCAN sözü yazılan klubun çempionluğu azərbaycanlılara bambaşqa hisslər bəxş etdi. Ən azı bu hisslərə görə Hafiz Məmmədova təşəkkür düşür! 

 Amma yox! Azərbaycan insanını tarixən inkişafdan saxlayan genetik bir bəla var - paxıllıq. İspaniya çempionlarının formasındakı "Land of fire Azerbaijan" sözlərini həzm edə bilməyənlər "Bakı"nın prezidentinə və onun yaxın ətrafına qarşı çirkin kampaniyaya başlayıb. Hafiz Məmmədov və yaxın ətrafı haqda ağıllarına gələn hər cür şər-böhtan yazırlar. Hafiz Məmmədovu yalnız bir dəfə görmüşəm - "Bakı" çempion olanda. Həmin gün xaricdən yenicə Bakıya gəlmişdim və uzun fasilədən sonra jurnalist dostlarımdan bir-ikisiylə görüşməliydik. Görüşdük də. Həmin gün dostlar "Bakı"nın "Fidan" restoranında keçirilən tədbirində iştirak etməliydi. Vəziyyətdən çıxış yolu kimi məsləhət gördülər ki, "gedək yarım saat, bir saat oturaq çıxaq". Beləcə "çagırılmamış qonaq" qismində "Bakı"nın çempionluq təntənəsini canlı izləyə bildim. Hafiz Məmmədovun yaratdıgı isti mühit "1 saatı" məclisin sonuna qədər uzatdı.

 "Bakı"nın prezidenti çox alicənab bir insan təsiri bagışlayırdı. Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı məclisdə Hafiz müəllim bir neçə dildə çıxış etdi. Jurnalistlərə münasibətdə çox mehriban idi. Demək olar ki, ayrı-ayrılıqda hər biri ilə hal-əhval tuturdu, şəkil çəkdirdi, 90-ların sonunda gördüyüm klub məmurlarından sonra belə səviyyəli prezidentə rast gəldiyimdən mədəni şok keçirirdim..

 Bəlkə də bu, komandasının uğuru ilə bağlı idi. Daha sonra Hafiz müəllimi görməsəm də, onun haqda ara-sıra xəbər tuturdum. İctimaiyyətə bu adamı sevdirən özəlliklərdən biri də el diliylə desək, "çörəkverən adam" olmasıdı. Sümsük futbol veteranlarından tutmuş "reket" idman jurnalistlərinəcən Hafiz müəllimin xeyirxah damarını tutub illərdi mədəni dilənçiliklə başlarını girələyirlər. Amma indi bu tendensiya daha geniş vüsət alıb. Artıq siyasi mətbuatın "reketləri" də acgözlüklə Hafiz Məmmədova tərəf dişlərini qıcayırlar. Bu tendensiyanın  "Lans"ın erməni Fransasında,  "Atletiko"nun dünyanın iki ən güclü futbol çempionatından birində zəfər qazanmasıyla eyni vaxtda gerçəkləşməsini isə yuxarıda qeyd etdiyim milli xəbisliyə bağlayaq.

 Hafiz Məmmədov Azərbaycanın ən yaxşı futbol bazasını, ölkənin ən yaxşı uşaq futbol akademiyasını yaradıb. Onun sayəsində dünyada xeyli adam Azərbaycan adlı ölkənin varlığını bilib. Yadımdadı, madridlilər ilk dəfə  "Land of fire Azerbaijan" yazısıyla meydana çıxdıgı gün də vəlvələ vardı. "Hafiz Məmmədov cəmi bir oyunluq reklam üçün 20 milyon verdi" yazırdılar. Nəticədə bildiyiniz kimi, ilyarımdı bu reklam davam edir və bir oyun üçün söyləniləndən daha az məbləğə rəsmi müqavilə var. Bakı səfəri zamanı "Atletiko"nu tam heyətlə qəbul edən dövlət başçısı İlham Əliyev də Hafiz Məmmədovun bu təşəbbüsünü yüksək qiymətləndirib. 

 "Hər şey qara rəngdədi" prinsipindən əl çəkməyənlər isə sakitləşmir. Gözünü saqqal örtən "konçitalar" dünyanın gözəlliklərini görməzdən gələ bilər. Məsələn, paytaxtımızdakı yaxşı mənadakı dəyişiklikləri bütün neytral adamlar, bütün əcnəbi qonaqlar danışır. Çünki faktlardan qaçmaq mümkünsüzdü. Fakt isə 5-10 il əvvəl sovet qalığı kimi tanınan tör-töküntülü Bakının hazırda bolgənin, qitənin, dünyanın ən yaxşı, modern şəhərlərindən birinə çevrilməsidi. Fakt Azərbaycan adının dünyada tədricən tanınmağa başlamasıdı. Fakt mayın 24-də Lissabonda keçiriləcək finalda komandalardan birinin sinəsində "Azərbaycan" adını daşımasıdı.

 "Atletiko" bu həftə Avropanın 1 nömrəli klubu adını da qazana bilər. Amma nəticədən asılı olmayaraq, qitənin ən mötəbər klub turnirinin finalında oynayan komandalardan birinin formaları üzərində AZƏRBAYCAN sözünün yazılması ölkəmiz adına böyük qələbədi. Bunu gözü götürməyənlər olsa da, özünə "azərbaycanlıyam" deyən qarnıqurdlu məxluqlar özünü göyə qaldırıb yerə çırpsa da, "Konçita" jurnalistlər Hafiz Məmmədov və ətrafı haqda nə yazsa da, bu belədi. Bunlar "konçitalar"ın öyrəşdiyi mülahizələr, şərləmələr, böhtanlar, qarayaxmalar, ləkələmələr yox, FAKTLARDI.

 Uğurlar, "Land of fire Azerbaijan"!

  Anar ŞABANOĞLU

"Futbol +" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail