"Milliyə çağırılmamağım siyasətdi" MÜSAHİBƏ

20.05.2014 | 3339 dəfə oxunub

"Qarabağ"ın bosniyalı qapıçısı İbrahiç Şehiçin müsahibəsi

 

- Öncə çempion komandanın qapıçısı kimi təəssüratlarını bilmək maraqlı olardı...

- Çox ağır mövsüm keçirdik. Hər məşqdə əzmlə çalışırdıq. Hər oyuna ciddi yanaşırdıq. Meydanda əlimizdən gələnin ən yaxşısını eləməyə səy göstərirdik. Mövsüm ərzində baxımlı oyun göstərdik. Nəticədə layiqli çempionluq qazandıq.

 

- Yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək. Səncə, uğur qazanmaq mümkün olacaq?

- "Qarabağ"ın avrokuboklarda böyük təcrübəsi var. Hər il pley-ofa qədər gəlirlər. Sonda qrup mərhələsinə 1 addım qalır. Biz bu il həmin addımı atmaq istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq və ən azından Avroliqanın qrupuna düşəcəyik.

 

- Bilirsən ki, artıq "Neftçi" Avroliqanın qrupunda ölkəmizi təmsil edib. Odu ki, azarkeşlər "Qarabağ"dan ən azı bu uğurun təkrarını gözləyirlər...

- Əlbəttə, bilirik. Onlar bunu gözləyirlər. İnanıram ki, alınacaq. Azarkeşlərimizin də dəstəyi ilə qruplara düşəcəyik. Orda isə yaxşı çıxışımızla fanatlarımızı sevindirəcəyik.

 

- Yəqin ki, "Qarabağ"da qalacaqsan...

- Təbii ki. Hələ 1 illik müqaviləm var. "Qarabağ"ı, bu ölkəni, bu insanları sevirəm. Bakıda özümü xoşbəxt hiss edirəm. Hələ 1 ilim var. Ola bilər ki, burda daha uzun müddət qalam. Avrokuboklardakı uğurlarımızı da bu azarkeşlərlə birlikdə qeyd etmək istəyirəm.

- "Qarabağ"da yaxşı mövsüm keçirdin. Qurban Qurbanov əksər oyunlarda çərçivəni sənə əmanət etdi. Amma Bosniya və Herseqovina millisinə çağırılmadın. Səncə, niyə Saffet Suşiç səni Braziliyaya aparmaq istəmədi?

- Məncə, bu siyasətdi. Seçmə mərhələnin bir çox oyunlarında düşərgədə oldum. Düşünürəm ki, bunlar hamısı bir oyundu. Bu haqda çox danışmaq istəmirəm. Mənə qarşı haqsızlıq elədilər. Çünki seçmə mərhələdə komandaya kömək etdim. "Qarabağ"da stabil mövsüm keçirdim. Braziliyaya getməyə layiq idim. Heyətdəki digər qapıçılar məndən yaxşı deyillər. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail