"Rusiyada işləyəcəm, ya Azərbaycanda, hələ bilinmir" MÜSAHİBƏ

20.05.2014 | 2099 dəfə oxunub

Qəbələ"nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:

 

- Bu yaxınlarda adınız “Spartak”la birgə çəkilirdi. Belə başa düşürük ki, siz heç vaxt Rusiyaya qayıtmağa qarşı çıxmamısız.

- Ümidvaram ki, təklif gələcək. Ancaq hələ ki, yoxdu. Olmayan bir şeydən danışmaq istəmirəm. Nəzərə alın ki, hələ “Qəbələ” ilə müqaviləm qüvvədədi. Rusiyada işləyəcəm, ya Azərbaycanda, hələ bilinmir. Əgər Rusiyada işləməsəm, bunu faciə hesab etməyəcəm.

 

- “Qəbələ” mövsümdəki son oyununa çıxacaq. Mövsümü komanda üçün necə qiymətləndirirsiz?

- Yəqin ki, əvvəldən başlamaq lazımdı. Mövsümün əvvəlində komandada ciddi dəyişikliklər bvaş verdi. Yeni oyunçular dəvət etdik. Uzun müddət liderlik etdik, uşaqlarda da əhval-ruhiyyə əla idi. Qışda komandanı daha da gücləndirdik ki, lap yaxşı olsun. Ancaq hər şey əksini göstərdi.

 

- Niyə?

- Konkret cavab vermək çətin olacaq. Amma görünən budu ki, futbolçular yaxşı hazırlıq keçmədi. Bəzi oyunçular müxtəlif səbəblərdən heç təlim-məşq toplanışına gələ bilmədilər. İzmaylov və başqaları da toplanışda iştirak etmədi. Bir neçə oyunda gözlənilmədən məğlub olduq. Daha sonra zədə epidemiyası başladı. Belədə, biz titul uğrunda mübarizədən ayrı düşdük. Düşünürəm ki, hələ ki, komandam çempionluq uğrunda mübarizəyə hazır deyil. Axı biz elit səviyyəsində futbolçular dəvət etməmişdik. Məsələn, dağılan Kiyev “Arsenal”ından bir oyunçu, gətirdik, kimisə “Volın”dan gəldi. Rusiya Premyer Liqasından oyunçu dəvət etmək isə ümumiyyətlə asan deyil. 

 

- İzmaylovun gətirilməsi də səhv addım idi?

- Əsla. Əksinə, bu, bizə kömək oldu. Gənc oyunçular gördü ki, peşəkar futbolçu nə deməkdi. Necə texnikalı olduğuna hamı canlı şahid oldu. Amma təzə gələndə, Maratın da fiziki durumunun yaxşı olmadığı ortaya çıxdı. Axı o, “Porto”da lazımı qədər oynamamışdı. İndi isə yaxşı səviyyədə oynayır. Maratın taleyini həll etdiyi çox oyunlar oldu.


- Milliyə qayıtmağa gücü çatar?

- Dünya çempionatına getməsi artıq real görünmür. Çünki az vaxt qalıb. Baş məşqçinin də Maratı görməsi və ona inanması lazımdı. Ancaq düşünürəm ki, Kapello Maratı yaxşı tanımır.(sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.07.2020

02:10  "Latsio" - "Milan" - 0:3 VİDEO

04.07.2020

13:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.07.2020

01:53  "Real" - "Xetafe" - 1:0 VİDEO

02.07.2020

02:05  "Spal" - "Milan" - 2:2 VİDEO

01.07.2020

15:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:20  "Torino" - "Latsio" - 1:2 VİDEO

30.06.2020

14:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.06.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə