Böyükağa Hacıyev: “Götürün telefonları, çırpın başıma” - MÜSAHİBƏ

21.05.2014 | 3966 dəfə oxunub

Sabah Azərbaycan kubokunun final oyunu olan “Qəbələ” – “Neftçi” qarşılaşmsından öncə keçirilən mətbuat konfransında ikincilərin baş məşqçisi Böyükağa Hacıyevin jurnalistlərin sualların cavablandırıb:

- Diqqətinizə çatdırım ki, sabah ökə kubokunun finalıdı. Biz çalışacağıq ki, bu finalda futbol sevərlərə əsl bayram yaşadaq. "Qəbələ" olduqca yaxşı komandadı və başlarında təcrübəli məşqçi var. Ancaq bir şeyi unutmayaq ki, onların da rəqibi "Neftçi"di. Çoxları deyir ki, "Neftçi" bu gün mükafatsız qaldı. Yadınızdadısa, mən Milan "İnter"i ilə görüşdən əvvəl demişdim ki, mənim üçün 2-ci və ya 5-ci yerin fərqi yoxdu. Mən Azərbaycanda iki mükafat bilirəm - Azərbaycan çempionu və kubokun qalibi. Təbii ki, rəqib də asan rəqib olsaydı, kubokun finalına qədər gəlməzdi".

- Zaqatalaya əsas heyəti aparmamışdınız. Məlum idi ki, bunun səbəbi kubokla bağlıdı. Həmin hazırlığı siz burada keçə bildiniz? Və Mahir Şükürovun meydanda yoxluğu sizin üçün nə deməkdi?

- Futbolda əvəz olunmaz futbolçu və məşqçi yoxdu. Məqsəd İsayev heç də Şükürovdan geri qalmır. Son oyunlarda Araz Abdullayev də olmur, zədədən əziyyət çəkir. Məncə Samir Məsimov da pis oynamır. Bu gün "Neftçi"də təcrübəliləri əvəz edəcək gənclər var. Ancaq bir balaca zamana ehtiyac var. Qaldı ki, Zaqatala məsələsinə, biz qısa müddətdə mikro tsikl işlədik və sabah bunu görəcəksiniz.

- Sabahkı oyun vacibdi və bu psixoloji baxımdan necə təsir edir?

- Bir gün bir ailə olur. Allah onları imtahana çəkir. Evin ağsaqqalı səhər namazında Allaha üzün tutub deyir: "Səndən bir xahişim var. Sən bu ailədən pulu, var-dövləti ala bilərsən, amma səmimiyyəti alma". Yəni bizdə səmimiyyət var ki, bu da Sadıq Sadıqovun işidi, məşqçinin yox. "Qəbələ" hər gün oynadığımız komandadı. Biz heç "Rubin"ə, "Partizan"a, "İnter"ə qarşı olanda psixoloji çətinlik yaşamadıq. Bir şeyi unutmayın ki, qorxaq general döyüşdə qələbə qazana bilməz. Əgər mən qorxuramsa, futbolçularım da qorxsun.

- Bir müddət əvvəl açıqlama vermişdiniz ki, Azərbaycan futbol tarixini mən yazmışam. Bir sıra yerli məşqçilər də bundan qıcıqlandı.

- Bir şeyi yadınızdan çıxartmayın. Bu oyun keçsin, nə vaxt istəsəniz gəlin bazaya. Hansı məşqçilər ki, irad bildirirdilər, onlar dedilər ki, "Böyükağa müəllim, siz tarix yazdınız". Mən demişəm ki, Azərbaycan futbolunda tarix yazmışam. "Neftçi" 3 ildi ki, Azərbaycan kubokunun finalında oynayıb və hamısı da mənim məşqçiliyim dönəmimdə olub. O məşqçi məni müzakirə edə bilər ki, onun futbolda göstərdiyi nəticələr məndən yuxarıda olsun. Azərbaycan məşqçiləri bir-birini sevmir. Ona görə də kənardan kimsə gəlib milyonları aparmalıdı. Hamı qorxur və öz kreslosunu qoruyur. Orada mənə əsas fikir bildirən Nazim Süleymanov və Şahin Diniyevdi. Süleymanovun futbolçu kimi yaxşı olub, amma dünəninə görə çox sağol. Məşqçi kimi neynəyib? Diniyev millidə olanda mən onun bostanına daş atmamışam. Deyirdi ki, millini cavanlaşdıracam. Amma 3 futbolçunun 118 yaşı vardı. Gəlin evin içərisində olan sirri saxlayaq. Mən bu gün sevinirəm ki, Qurban Qurbanov çempion olub və mən bunu alqışlayıram. Mən deyirəm ki, Azərbaycan futbolunda tarix yazmışam. Əgər səhv yazmışamsa, götürün telefonları başıma vurun. Ona görə şairimiz deyib ki, harada müsəlman görürəm qorxuram. Mən bu gün ensiklapediyayam. Açaram sandığı, tökərəm pambığı. Mən neyniyim ki, Kərim Diniyev Kardosonun, Mitreskinin qabağında tab gətirmədi. Bəlkə mən indiyədək Şahin Diniyevin qabağında bir futbolçunun xahişini eləmişəmmi?

- Düşünmürsünüz ki, buraxılan erkən qol oyunun taleyini həll edə bilər?


- Diqqətlə dünya futboluna nəzər yetirək. "Mançester Yunayted" mövsümü neçənci yerdə başa vurdu? Futbol səhvlər oyunudu və ən böyük gözəlliyi budu. Mənim üçün 2-ci yerlə 10-cu yerin fərqi yoxdu. Əgər çempion ola bilmədiksə, deməli mən zəif çıxış etmişəm. İndiyədək mən futbolçunu günahkar bilməmişəm. Məğlubiyyətin bütün səbəbkarı mənəm. Bir məsəl var, deyir ki, canavarlar ovdan əvvəl yatır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail