"ABŞ elə bizə lazım olan varıantdır" MÜSAHİBƏ

22.05.2014 | 3374 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Bu mövsümü komanda üçün necə qiymətləndirərdiniz?
- Çempionatın qalibi olduğumuzu nəzərə alsaq, hər şey əladır. Əlbəttə, hə şey ideal deyildi. Oyunumuz həmişə alınmırdı. Bəzi çatışmazlıqlar olurdu, büdrəyirdik. Ancaq biz hər şeyin öhdəsindən gəlib öz istəyimizə çatdıq.
 
- Demək olar ki, məhz çempionluq sayəsində çiyinlərinizdən yük götürüldü?
- Bu yalnız stress deyildi, son illər yığılmış stresslər idi. Biz öz məqsədimizə doğru çox getmişik. Nəhayət ki, çempion ola bildik.
 
- TPL-də qələbədən sonra komandanın üzərindən məsuliyyət yükünün düşməsi və avrokuboklar ərəfəsində çox arxayınlaşması komandaya mənfi təsir göstərməyəcək ki?
- Əlbəttə, bu, istənilən uğurdan sonra mümkündür. Ancaq ruhdan düşməyə sadəcə vaxt yoxdur. Xüsusilə də, bizi ağır avrokubok döyüşləri gözləyir. Başa düşürük ki, heç bir arxayınlığa yol vermək olmaz. Hamı bizdən uğurlu çıxış gözləyir.
 
- Yəni faktiki olaraq, “Qarabağ” üzərindən təzyiq düşməyib?
- Bu, hələ indi başlayır. Biz hələ heç istirahət də etməmişik. Ancaq indidən fikirlərimiz Çempionlar Liqasındadır.
 
- Mövsüm bitəndən sonra klub iki hücumçu ilə yollarını ayırdı: Ulrix Kapolonqo və Caba Dvali ilə. İndi hücumçu mövqeyi komandada daha problemlidir. Axı cəmi bir mərkəz hücumçusu var: Nikoloz Gelaşvili.
- Bilirəm ki, məşqçilər hücumçu axtarışındadırlar. Düşünürəm ki, onlar bu məsələni həll edə biləcəklər.
 
- Hesab etmirsiniz ki, ümumilikdə, ölkədə mərkəz hücumçusu ilə bağlı problemlər var?
- Bəli. Ancaq ümumilikdə dünyaya baxsaq, görərik ki, bu mövqe bütün ölkələrdə həmişə problemli olub. Bizim bu mövqedə bir-iki oyunçumuz olub. Bu, ümumiyyətlə ağır mövqedir. Burada güc, dözümlülük, qapını görmək və vurmaq bacarığı lazımdır. Bu mövqedə əlləri yanında oynamaq olmaz. Bu mövqe meydanda ən məsuliyyətli mövqelərdən biridir.
 
- Ancaq buna rəğmən, çətin ki, hücumçular siyahısında biz yerli oyunçu görəcəyik, elə deyilmi?
- Çox güman ki, bu, legioner olacaq.
 
- Yığmaya köklənək. Tezliklə millimiz ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu ərəfədə yığmamızın San-Fransiskoda toplanışı var. Bu haqda nə deyə bilərsiniz?
- Bbu, bizim üçün vacib toplanışdır. Seçmə mərhələnin Bolqarıstan yığmasına qarşı keçiriləcək oyununa qədər elə də çox vaxtımız qalmır.Ola bilər ki, hələ avqust ayında da hazırlığımız olacaq. Belə ki, elə indidən həmin oyuna hazırlaşmaq lazımdır.
 
- ABŞ-dan başqa millimiz Uruqvay və ya Nigeriya yığmaları ilə qarşılaşa bilərdi. Siz bu üçlükdən hansı komandanı seçərdiniz?
- Düşünürəm ki, ABŞ elə bizə lazım olan variantdır. Nigeriya öz Afrika futbolunu oynayır. Uruqvay isə başqa səviyyədir.
 
- Amerikalılarla oyunun nəticəsi vacib olacaq?
- Hesab edirəm ki, bəli. Əlbəttə, ən vacibi nəticə deyil, ancaq sadəcə, buna nail olmaq lazımdır.
 
- Səfər ərəfəsində millinin heyətində bəzi itkilər oldu. Bu, komandada əksini tapmayacaq ki?
- Yığmada heç vaxt elə  olmur ki, problemlər olmasın. Ancaq biz elə etməyə çalışacağıq ki, bunlar meydana nəzərə çarpmasın.
 
- Oyundan sonra ABŞ-da qalmaq istəmirsiniz?
(gülür) Yox, çox uzaqdır.
 
- Yeri gəlmişkən, bu yaxınlarda sizə “Xəzər Lənkəran”ın marağı olduğu deyilirdi. Onlardan və digər klublardan təklifləriniz olub?
- Yox. Heç bir təklif gəlməyib. (azerisport.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail