Yuri Syomin "Qəbələ"dən getdi

23.05.2014 | 3643 dəfə oxunub

"Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırıb. Stadium.az xəbər verir ki, bu qərar Azərbaycan Kubokunun Final matçının ardından rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

Görüş zamanı "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib. Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb:

"Doğrudan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".

"Qəbələ" İdman Klubu Yuri Syominə 2013-2014 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edir, ona gələcək həyatında uğurlar arzulayıb.

Qeyd edək ki, komandamız 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Y.Syominin rəhbərliyi altında vəsiqə qazanıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail