"Qəbələ" aparıcı futbolçularından olan Dodo ilə müqaviləni yeniləyib. Stadium.az xəbər verir ki, yeni razılaşmaya əsasən braziliyalı futbolçu daha iki il "qırmızı-qara" formanı geyinəcək.
Xatırldaq ki, Dodo 2011-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyur. Yarımmüdafiəçi komandasının heyətində ən çox oyun keçirən futbolçudur. O, 107 dəfə "Qəbələ"nin uğuru üçün meydançaya çıxıb.