"Oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik"

26.05.2014 | 2867 dəfə oxunub

Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışov toplanışla bağlı fikirlərini bildirib:

Ruslan Abışov: “Uzun zamandan sonra yenidən bir araya toplaşmışıq. Komandada yaxşı əhval-ruhiyyə var. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk. Qarşıda ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu oyun bizim üçün böyük bir təcrübə olacaq. Baş məşqçi Berti Foqts bu görüşdə bəzi yeni oyunçulara şans vermək imkanı əldə edəcək. Bizim üçün nəticə önəmlı olmasa da, oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik. Komanda olaraq bu qarşılaşmaya yaxşı hazırlaşırıq.
Güclü rəqiblərlə qarşılaşmaq həm təcrübə, həm də səhvlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Təbii ki, bu cür görüşlərin çox olması biz futbolçuların və ümumi olaraq milli komandanın xeyrinə olacaq. İlk iki gündə komanda olaraq yorğunluq hiss olunurdu. Yuxu və qidalanma ilə bağlı müəyyən problemlərlə qarşılaşdıq. Artıq tam uyğunlaşmışıq, hər şey yaxşıdı”. (AFFA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail