"Azərbaycana təşəkkürümü bildirirəm"

28.05.2014 | 3673 dəfə oxunub

Futbol üzrə Amerika Birləşmiş Ştatları yığmasının baş məşqçisi Yurgen Klinsmann Azərbaycan millisinə qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

"Rəqibə yaxşı oyuna, uşaqlara qazandıqları qələbəyə görə təşəkkürümü bildirirəm. Bu, bizim dünya çempionatına hazırlıq çərçivəsində ilk oyunumuz idi. Nəticədən razı qaldım. Azərbaycan yığması müdafiədən oynayırdı. Bu üzdən bizə asan olmadı. Amma əvəzetmələr öz rolunu oynadı. Dempsi? O, oyundan öncəki məşq zamanı zədələndi və bu üzdən oynaya bilmədi. Ona bir-iki günlük istirahət lazımdı. Fikrimcə, Türkiyə ilə oyuna qədər hazır olar.

Bu oyun göstərdi ki, komandamız kifayət qədər dözümlüdü və problem yarananda özünü itirmir. Azərbaycandan gələn nümayəndə heyətinə təşəkkürümü bildirirəm. Onlar böyük və uzun yol qət ediblər. Bu oyunun baş tutması üçün həm onlar, həm də biz əlimizdən gələni etdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail