"İnter": ən çox oynayan, ən çox qol vuran

28.05.2014 | 3505 dəfə oxunub

“İnter”in rəsmi saytı başa çatmış mövsümün statistik göstəricilərini təqdim etməyə başlayıb. İlk materialda çempionat oyunlarında komandanın heyətində meydana ən çox çıxan və fərqlənən futbolçular haqqında məlumat verilir.
 
Abdulaye, Cavadov, Tsxadadze və İaşvili
 
Cari mövsümdə “İnter”in heyətində ən çox oyun keçirən futbolçular Vaqif Cavadov və Aleksandr İaşvili olublar - hərəyə 33 oyun. Lakin meydanda ən çox olan onlar yox, Brüs Abdulaye olub - 2768 dəqiqə. Vaqif Cavadovun göstəricisi 2726 dəqiqəyə bərabərdi. Baçana Tsxadadze bu siyahıda üçüncüdü - 2249 dəqiqə.
 
Qollar
 
"İnter"in 2013/14 mövsümündə ən sərrast futbolçusu Vaqif Cavadov olub - 33 oyunda 14 qol. Vaqif cəmi bir dəfə penalti zərbəsindən fərqlənib. Azərbaycan yığmasının üzvü orta hesabla hər 194,7 dəqiqəyə 1 qolla seçilib. 

Qol siyahısında ikinci olan oyunçu Baçana Tsxadadze 10 dəfə fərqlənib. Gürcü hücumçu da bir dəfə penalti zərbəsini düzgün yerinə yetirib. Baçana orta hesabla hər 224,9 dəqiqəyə 1 qol vurub. Qeyd edək ki, mövsüm ərzində vurduğu 10 qol Baçana Tsxadadzenin Azərbaycan çempionatlarında oynadığı müddət ərzində ən yaxşı göstəricisi kimi tarixə düşüb. Daha əvvəl onun mövsüm ərzində ən məhsuldar nəticəsi 8 qol olub.
 
Cəmi 33, 17 yeni və 18 legioner
 
Çempionatın 36 oyununda Kaxaber Tsxadadze 33 futbolçunun xidmətindən yararlanıb. Bu siyahıdan 17 futbolçu “İnter”in heyətində məhz cari mövsümdə debüt edib. Qeyd edək ki, cari mövsümdə komandanın heyətində çıxış etmiş 33 oyunçudan 18-i legioner, 15-i isə yerli futbolçu olub.
 
82 sarı vərəqə

Çempionatın 36 oyununda “İnter”in futbolçularına 82 sarı vərəqə göstərilib - orta hesabla 1 oyuna 2,27 vərəqə. Passivində ən çox sarı vərəqə olan oyunçu Brüs Abdulaye olub - 12 sarı vərəqə. 10 sarı vərəqə görən futbolçu Baçana Tsxadadzedi. 6 sarı vərəqə Derlis Meza Kolliyə göstərilib.

“İnter”in heyətində ən intizamlı futbolçular Laşa Salukvadze və Slavko Georgievskidi. Hər iki oyunçu 20-dən çox matç keçirirərək cəmi 1 dəfə sarı vərəqə ilə cəzalanıblar. 

Başa çatan mövsümdə "İnter"in cəmi 1 futbolçusuna qırmızı vərəqə göstərilib. Çempionatın 6-cı turunda səfərdə “Neftçi”yə qarşı keçirilmiş oyunda Abdulla Abatsiyev görüşün ikinci hissəsində ikinci sarı vərəqə görərək meydandı tərk etməli olub.
 
100-dən çox oyun!
 
Cari mövsüm 3 futbolçu üçün əlamətdar olub. Belə ki, Asif Məmmədov, Arif Daşdəmirov və Georgi Lomaya çempionatda növbəti görüşlərinə çıxaraq “İnter”in heyətində ölkə birinciliyində keçirilmiş matçların sayında 100 rəqəmini ötüb keçiblər. Hazırda komandanın formasını geyinən oyunçular arasında ən yaxşı göstəriciyə malik olan Asif Məmmədovdu. Yarımmüdafiəçi 112 çempionat oyununda “İnter”in heyətində meydanda olub. Arif Daşdəmirov 110 görüş keçirib, Georgi Lomaya isə 108 çempionat oyununda komandanın qapısını qoruyub.
 
“İnter”in futbolçuları 2013/14 mövsümünün Azərbaycan çempionatında:

1 Brüs Abdulaye 31 2768 2 12 0
2 Vaqif Cavadov 33 2726 14 4 0
3 Baçana Tsxadadze 29 2249 10 10 0
4 Derlis Meza Kolli 26 2227 2 6 0
5 Matiya Şpiçiç 29 2192 5 4 0
6 Laşa Salukvadze 26 2189 1 1 0
7 Arif Daşdəmirov 28 2179 1 4 0
8 Səlahət Ağayev 25 2170 0 1 0
9 Aleksandr İaşvili 33 2111 5 3 0
10 Abdulla Abatsiyev 25 2079 3 5 1
11 İvan Benites 23 2003 0 3 0
12 Ruslan Əmircanov 25 1902 2 4 0
13 Slavko Georgievski 21 1401 1 1 0
14 Yohan Bokonyano 14 1146 1 5 0
15 Asif Məmmədov 24 972 2 1 0
16 Mikel Alvaro 20 939 4 4 0
17 Georgi Lomaya 10 890 0 2 0
18 İlqar Ələkbərov 14 840 1 1 0
19 Sezar Meza Kolli 15 627 0 2 0
20 Coşqun Diniyev 7 443 0 2 0
21 Joao Paulo 5 341 0 1 0
22 Flavio Bek  4 269 0 1 0
23 Elşən Poladov 2 180 0 0 0
24 Dieqo Madriqal 6 164 3 1 0
25 Fuad Bayramov 5 115 0 1 0
26 Samir Zərgərov 4 114 1 1 0
27 Abbas Hüseynov 2 112 0 1 0
28 İvo Taborski 6 110 0 0 0
29 İlço Naumoski 4 80 0 1 0
30 Daniel Genov 2 59 0 0 0
31 İlkin Sadiqov 1 21 0 0 0
32 Azər Salahlı 1 9 0 0 0
33 Ramil Mansurov 1 6 0 0 0
1 – futbolçu, 2 – oyun, 3 – dəqiqə, 4 – qol, 5 – sarı, 6 - qırmızı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail