"Xalqınız "Atletiko"nun uğurunun bir hissəsidir"

28.05.2014 | 4278 dəfə oxunub

"Bakı"nın prezidenti Hafiz Məmmədova bizi yüksək səviyyədə qəbul etdiyi üçün təşəkkür edirəm. Fəxr edirəm ki, Azərbaycanın Respublika günündə burada çempionluq kubokunu nümayiş etdiririk.  Azərbaycana əməkdaşlıq üçün təşəkkürümü bildirirəm.  Biz də Azərbaycanı təmsil etməkdən qürur duyuruq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Atletiko"nun prezidenti Enrike Sereso Madrid klubunun Bakı səfəri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycan xalqının "Atletiko"nun uğurunun bir hissəsi olduğunu söyləyib:

 "Əla bir mövsüm keçirdik. "Real"a bəxt amilinə görə Çempionlar Liqasının finalında uduzduq, amma İspaniya çempion olduq. Buna görə futbolçulara və məşqçilərə təşəkkür edirəm.  Bütün Azərbaycan xalqı bu uğurun bir hissəsidir. Azərbacan prezidenti İlham Əliyevə göstərdiyi diqqətə görə təşəkkür edirəm".

Sereso  onu da bildirib ki, Bakıya cəmi iki futbolçu - Arda Turan və Qabinin gəlməsi futbolçuların istirahətdə olmasıyla bağlıdır: "Onlar sıx qrafikdə oynayıblar. Ona görə də tətil lazımdı. Futbolçuların çoxu millilərdədir.  Təlim-məşq toplanışında olduqları üçün bu, heç istirahət də deyil. Digər futbolçular da bura gəlmək istəyirdi. Çünki ötən ilki yüksək səviyyəli qəbulu unutmayıblar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail