"Şəfa"da vətəndaş "müharibəsi" QALMAQAL

29.05.2014 | 4382 dəfə oxunub

Həvəskarlar arasında Azərbaycan çempionatının final matçı keçirilib. Stadium.az xəbər verir ki, "Binə" və Sabirabadın “Çağırğan” komandaları arasındakı qarşılaşmada meydandakı futboldan çox, dava-dalaşla diqqəti çəkib.

"Şəfa" stadionunda keçirilən oyunda baş hakim Fariz Yusifov “Binə”nin futbolçusuna qırmızı vərəqə göstərib. Azlıqda qalmasına baxmayaraq, binəlilər 2:2-lik nəticəni qoruyub oyunu əlavə vaxta apara bilib. Öncə Sabirabad klubu 3-cü qolu vurub. İkinci əlavə vaxtda qonaqlar 4-cü qolu rəqib qapısından keçirib. 

Bundan sonra isə ara qarışıb. Öncə “Binə”nin 55 nömrəli futbolçusu başla rəqib futbolçuya zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub və komandasını 9 nəfərlə qoyub. Bundan sonra meydançaya axışan binəli azarkeşlər Sabirabad futbolçularının üstünə hücum çəkib onları döyməyə başlayıb. Futbolçularının döyüldüyünü görən sabirabadlı azarkeşlər də meydançaya daxil olub. Nəticədə meydanda yumruq davası düşüb. Asayişi qoruyan azsaylı polislər isə dava-dalaşı yatırmaqda gücsüz olunca, köməyə “Şəfa” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Yalnız bundan sonra aranı sakitləşdirib azarkeşləri və futbolçuları meydançadan çıxartmaq mümkün olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail