"Neftçi" "Qarabağ"ı nədə qabaqlayır? - MARAQLI MƏQAMLAR

29.05.2014 | 3847 dəfə oxunub

Topaz Premyer Liqasının 2013/2014 mövsümünün bir sıra statistik məlumatları açıqlanıb. Stadium.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikaya əsasən topa ən çox nəzarət edən komanda “Qarabağ” olub. Ağdam futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər. Hücum sayında “Neftçi” digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə). Qapılara zərbələrdə isə “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi” fərqlənib – orta hesabla hər oyunda 15 zərbə.

Ölkə çempionu olmuş “Qarabağ” ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə qoyub – müvafiq olaraq 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər oyunda).

Azərbaycan kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion “Neftçi” oyun ərzində orta hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir.

TPL-in gümüş mükafatçısı “İnter” klubunun futbolçuları oyundankənar vəziyyətlərin sayına görə “fərqləniblər”. Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail