"Qarabağ"ın yeni transferi: "Bura uğur qazanmağa gəlmişəm" AÇIQLAMA

30.05.2014 | 3895 dəfə oxunub

“Çempion komandaya gəlmişəm. Üstəlik, bu titulu qazandıqdan sonra komandanın ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözlənilənlər çoxdu”. 

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan çempionu “Qarabağ”ın yeni transferi Danilo Dias deyib.

Ağdam  klubu ilə 2 illik müqaviləyə imza atan Danilo daha sonra sözlərinə belə davam edib:

“Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq çox vacibdir. Çünki uğurları ayrı fərdlər deyil, komanda şəklində qazanmaq olar.

Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda “Qarabağ” üçün döyüşən futbolçu görəcəklər”.

Qeyd edək ki, Dias “Qarabağ”da 11 nömrəli formanı geyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail