İntizam Komitəsindən «Turan»a ağır zərbə

21.12.2010 | 3389 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. İclasda  aşağıdakı qərarlar qəbul edilib:

rn

Unibank Premyer Liqasının XVIII turunun  "Bakı" - "İnter" matçının 80-ci dəqiqəsində "Bakı" klubunun 4 №-li futbolçusu Vadim Borets idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur. (maddə 48).

rn

Unibank Premyer Liqasının XVIII turunun  "Gəncə" - "Neftçi" matçında "Gəncə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur  (maddə 40).

rn

Unibank Premyer Liqasının XVIII turunun "Turan" - "Simurq" matçının 72-ci dəqiqəsində "Turan" klubunun azarkeşləri  tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

rn

Oyundan sonra başda Muammer Erdoğdu olmaqla "Turan" klubunun bir neçə oyunçusu qonaq komandanın soyunub-geyinmə otağına daxil olaraq "Simurq" klubunun futbolçusu Elnur Abbasova xəsarət yetirmişdir. Bu hədisənin baş verməsinin əsas səbəbkarı Muammer Erdoğdunun digər futbolçuları da bu hadisəni törətməyə  sövq etdiyini nəzərə alaraq adıçəkilən futbolçu 5 oyunluq cəzalanır, klub 3000 (üç min) manat cərimə olunur (maddə 39.1).

rn

Unibank Premyer Liqasının XVIII turunun AZAL - "Qəbələ" matçının 62-ci dəqiqəsində meydançaya kənar şəxs girdiyi üçün oyun dayandırılmışdır. Lakin futbolçuların köməkliyi ilə həmin şəxs meydandan çıxarılmışdır. Analoji hadisənin gələcəkdə baş verməməsi üçün meydançada ictimai təhlükəsliyi gücləndirməsi barədə AZAL klubuna xəbərdarlıq edilir. 

rn

NBC Bank Azərbaycan  Kubokunun 1/8 finalının "Bakı" - "Muğan" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur  (maddə 40).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail