"Xəzər Lənkəran"ın bəyənmədiyi oyunçu DÇ-da

01.06.2014 | 4320 dəfə oxunub

Kosta Rika milli komandasının dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. Stadium.az xəbər verir ki, baş məşqçi Xorxe Luis Pinto mundialda iştirak edəcək 23 nəfərlik heyəti açıqlayıb.

Siyahıda bizim üçün tanış futbolçu da var. Belə ki, "Xəzər Lənkəran"ın sabiq üzvü Rendall Brenes də dünya çempionatına gedəcək heyətdə yer alıb. O, 2011/12 mövsümündə ölkəmizdə çıxış edib və meydana çıxdığı 13 rəsmi oyunda 3 qola imza atıb. Brenes hazırda Kosta Rikanın "Kartagines" klubunda çıxış edir.

Qeyd edək ki, Kosta-Rika millisi dünya çempionatında D qrupunda Uruqvay, İngiltərə və İtaliya ilə birgə yer alıb. 

Qapıçılar: Keylor Navas ("Levante", İspaniya), Patrik Pemberton ("Alahuelense"), Daniel Kambronero ("Erediano").
Müdafiəçilər: Conni Akosta ("Alahuelense"), Cankarlo Qonsales, Veylon Frensis (hər ikisi "Kolambus", ABŞ), Hayner Mora, Maykl Umana (hər ikisi "Saprissa"), Junior Dias ("Maynts 05", Almaniya), Kristian Qamboa ("Rusenborq", Norveç), Roy Miller ("Nyu-York Red Bulls", ABŞ), Oskar Duarte ("Brügge", Belçika).
Yarımmüdafiəçilər: Oskar Esteban Qranados, Xose Migel Kubero (hər ikisi "Erediano"), Elsin Teheda ("Saprissa"), Selso Borhes (AİK, İsveç), Kristian Bolanyos ("Kopenhagen", Danimarka), Maykl Barrantes ("Olesund", Norveç), Dieqo Kalvo ("Volerenqa", Norveç).
Hücumçular: Rendall Brenes ("Kartagines"), Brayan Ruis (PSV, Hollandiya), Coel Kempbell ("Olimpiakos", Yunanıstan), Markos Urenya ("Kuban", Rusiya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail