Azərbaycanda final oynayan millilərin çalışdırıcıları danışdı

06.06.2014 | 3313 dəfə oxunub

IV Caspian Cup beynəlxalq turnirinin İran və Türkiyə yığmaları arasında keçirilmiş final oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Stadium.az sizi həmin açıqlamalarla tanış edir.

Mehmet Hacıoğlu (Türkiyə yığmasının baş məşqçisi): “Belə turnirlərdə iştirak futbolçuların təcrübə toplaması baxımından çox əhəmiyyətlidi. Əlbəttə, mübarizə aparan tərəflərdən biri olaraq biz də birinci yeri tutmaq istərdik, amma komandanın təcrübə əldə etməsi daha önəmlidi. Bir neçə ay sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Düşünürəm ki, buradakı oyunlar futbolçularımız üçün faydalı oldu. Turnirin təşkilatçılığı barədə yalnız xoş sözlər deyə bilərəm. İştirakçılara gəlincə, bir neçə daha iddialı komandanın burada çıxış etməsi turnirə əlavə rəng qatardı”.

Mustafa Qənbərpur (İran yığmasının baş məşqçisi): “Bir müddət sonra Asiya Futbol Konfederasiyasının təşkilatçılığı ilə keçiriləcək rəsmi turnirdə çıxış edəcəyik. Bu baxımdan, "Caspian Cup"da iştirakımız bizim üçün müsbət haldı. Əlbəttə, yarışın qalibi olduğumuz üçün sevinirik. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Dəvətə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Növbəti illərdə turnirin oyunlarının 80 dəqiqə deyil, 90 dəqiqə olmasını, yaxud əvəzetmələrin sayının azaldılmasını təklif edərdim. Belə olarsa, oyunlarda əlavə vaxt itkisinin qarşısı alınar”. (AFFA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail