Elxan Məmmədov: "12 komandanın iştirakı ən optimal variantdı"

06.06.2014 | 3812 dəfə oxunub

Mayın 29-da start verilən 4-cü "Caspian Cup" turniri başa çatdı. Stadium.az xəbər verir ki, final oyununda Türkiyə yığmasını məğlub edən İran ilk dəfə iştirakçısı olduğu turniri birinci pillədə başa vurdu.

Turnirin mükafatlandırılma mərasimi başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov turnirlə bağlı təəssüratlarını bölüşüb. Qurum rəsmisi ənənə halnı alan turnirin yüksək səviyyədə təşkil edildiyini qeyd edib:

“Artıq dördüncü dəfədir ki, bu turnir təşkil olunur. Yarış ənənə halını alıb. Daimi iştirak edən komandalar bu yarışı öz illik qrafiklərinə daxil ediblər. Bu, bizim üçün vacib amildir. Çünki yarışın təşkilatçılığı, səviyyəsi ilə həmin federasiyaların etimadını qazanmış olduq. İdman prinsiplərini qorumaq baxımından bu yarış vacibdir. Komandalar Cuspian Cup-a məsul oyunlara hazırlıq mərhələsi kimi yanaşırlar. Qələbə münasibəti ilə İran komandasını təbrik edirəm. Baxımlı oyun nümayiş etdirdilər. Final qarşılaşması da maraqlı alındı. Üçüncü yeri tutan U-17 yığmamızı da təbrik edirəm. Əslində, məqsədimiz finala vəsiqə qazanmaq idi. Təəssüflər olsun ki, bunu bacarmadıq. Ümid edirəm ki, növbəti illərdə birinci yeri tutacağıq”.

İran yığması ilk dəfə iştirak etməklə həm də çempion adını qazandı. Bununla da turnirin tarixinə yeni çempion komanda əlavə edilmiş oldu. Qurum rəsmisi bunu vacib amillərdən biri kimi vurğulayıb: “Asiya təmsilçilərindən biri ilk dəfə kubokun qalibi oldu. Bundan öncə iki dəfə Türkiyə, bir dəfə isə Gürcüstan yığması qalib gəlmişdi. İran yığmasının birinci dəfə qatılmasına baxmayaraq, çempion olması yarışın maraqlı keçdiyindən xəbər verir. Bu turnir komandalarımız üçün də gözəl təcrübə oldu. İlk dəfə iki komanda ilə çıxış etdik. U-16 yığması 2016-cı ildə ölkəmizdə keçiriləcək 16 yaşadək futbolçular arasında Avropa çempionatına qatılacaq. Baş məşqçi Təbriz Həsənov futbolçuların beynəlxalq oyun təcrübəsi qazanması baxımından turnirə qatılmasının faydalı olacağını bildirdi. Məsləhətləşmələrdən sonra U-16 yığması da IV Caspian Cup-da iştirak etdi”.

Baş katib növbəti illərdə də yarışın 12 komanda ilə keçiriləcəyini bildirib: “Təkliflər var ki, iştirakçı komandaların sayını 12-dən 16-ya yüksəldək. Amma 12 komandanın iştirakı ən optimal variantdı. Çünki iştirakçı komandalar illik hazırlıq planlarında bunu nəzərə alırlar. Komandaların sayı artsa, turnirin müddəti də uzanacaq. Təxminən 17 gün davam edəcək. Buna görə də gərək daimi iştirakçılara əvvəlcədən məlumat verək, fikirlərini öyrənək.  Ona görə də 12 komandalı turnir ən optimal variantdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail