"Azərbaycan son illərdə beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmağa başlayıb" AÇIQLAMA

10.06.2014 | 3316 dəfə oxunub

Xəbər verdiyimiz kimi, mayın 28-dən iyunun 6-dək ölkəmizdə sayca 4-cü "Caspian Cup" beynəlxalq turniri keçirilib. Stadium.az xəbər verir ki, 12 komandanın iştirak etdiyi yarışın qalibi İran komandası olub.

Gənclər və idman naziri Azad Rəhimov başa çatan turnirlə bağlı təəssüratlarını AFFA-nın rəsmi saytına bildirib:
 
“Azərbaycan son illərdə beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmağa başlayıb. Bunun səbəbi müxtəlif idman növləri üzrə idmançılarımızın əldə etdiyi nailiyyətlər, eləcə də Bakıda və respublikamızın digər şəhərlərində təşkil olunan mötəbər turnirlərdir. Sevindirici haldır ki, futbol yarışları da bu baxımdan istisna deyil. 2010-cu ildən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında "Caspian Cup" beynəlxalq turniri keçirilir. Bu turnir ilk dəfə təşkil olunduğu zaman bildirilmişdi ki, yarış ənənəvi xarakter daşıyacaq və çox müsbət haldır ki, 4 il öncə səsləndirilən bu fikir həyata keçdi. Artıq "Caspian Cup" ənənəvi bir turnirdir və burada təkcə Avropanı deyil, digər qitələri də təmsil edən komandalar iştirak edir. İndiyə qədər bu turnirdə İspaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Uruqvay, Yaponiya və futbol sahəsində ciddi uğurlara nail olmuş digər ölkələrin komandaları çıxış edib və turnirdən məmnunluqlarını dilə gətiriblər. Bu il Asiya Futbol Konfederasiyasının üzvü olan İran yığması ilk dəfə olaraq turnirdə iştirak etdi və bütün oyunları yüksək səviyyədə keçirərək 4-cü "Caspian Cup" beynəlxalq turnirinin qalibi oldu. Bu fakt da özlüyündə "Caspian Cup" turnirinin sərhədlərinin təkcə Avropa ilə məhdudlaşmadığını göstərir.

İnanıram ki, bu turnir gələcək illərdə də böyük müvəffəqiyyətlə təşkil olunacaq və biz maraqlı oyunların, idman mübarizəsinin şahidi olacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail