Fariz Məmmədov: "Özüm də təəccübləndim"

10.06.2014 | 3492 dəfə oxunub

Pelklə döyüş çox gərgin keçdi. Çünki ilk raunda sol qaşımdam ağır zədə aldım. Bu, məni həyacanlandırdı".

Stadium.Az xəbər verir ki, bu sözləri Fariz Məmmədov deyib. Bir neçə gün öncə Almaniyada Matias Pelki məğlub edərək, Avropa çempionu adını qazanan idmançımız döyüş təəssüratlarını jurnalistlərlə bölüşüb:

 "Görüş 12 raund idi. Rəqib həmin nöqtəyə çoxlu zərbələr endirə bilərdi. Zədənin növbəti raundlarda ağırlaşması və hakimlərin döyüşü dayandırması ehtimalı var idi. Bilirsiniz ki, Pelklə Almaniyada döyüşürdüm. Orta hakim belçikalı olsa da, 3 yan hakimi almaniyali idi. Amma mənim fikrim başqaydı. 6 ay aramsız məşq edib, qələbə hissi ilə alışıb yanırdım. Matiası yaxşıca öyrənmişdim. Onun əli uzun olduğundan, mənimlə məsafədə döyüşəcəkdi. Bunun üçün, ilk 2 raundda zərbələri onun çiyninə vurub, başını buraxdım. Məni aqresiv, yaxın məsafələrdən işləyən boksçu kimi tanıdığından, Pelklə başqa taktikada döyüşdüm. Məqsədim rəqibi nokauta salmaq deyil, 12 raundun cəmində qalib gəlmək idi. Lakin ona vurduğum ağır zərbələrin nəticəsində, o, 4-cü hissədə təslim oldu. Bundan özüm də təəccübləndim. Sonra məlum oldu ki, ağır zədə alıb".

 Fariz Məmmədov dəstəyə görə "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərova təşəkkür edib: "Qəbələ" İdman Klubunun rəhbərliyinə, şəxsən klubun prezidenti Tale Heydərova mənə verdiyi dəstəyə təşəkkür edirəm. Evdə uğursuz çıxışımdan sonra, idmançı karyeramı bitirməyi düşünürdüm. Psixoloji vəziyyətim qaydasında deyildi. Məğlubiyyətim mənə pis təsir etmişdi. Mənim boksa qayıdışımda "Qəbələ" rəhbərliyinin böyük dəstəyi oldu. Məni ruhlandırdılar, mənə inandılar. Rəhbərliklə görüşdə mənə dəstək oldular. Söz vermişdim ki, etimadı doğruldacağam. Allaha şükürlər olsun ki, qarşıya qoyduğum məqsədə çatdım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail