"Hafiz Məmmədovla iş birliyi qurduğumuz üçün çox şadam"

11.06.2014 | 3134 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Hafiz Məmmədov “Şeffild Uensdey”in səhmlərini satın alıb. Stadium.az xəbər verir ki, ingilis klubunun prezidenti Milan Mandariç də bu işbirliyindən məmnundu. O, klubun rəsmi saytına açıqlamasında H. Məmmədovun əsl futbol adamı olduğunu bildirib:

 “Mən Hafizlə iş birliyi qurduğumuz üçün çox şadam. O, həqiqi futbol adamıdır. Şübhəm yoxdur ki, o bizim 3 il əvvəl “Şeffild Uensdeyi” İngiltərə elitasına qaytarmaq üçün başladığımız işi davam etdirməyə qadirdir. Özümün klubda ilk günündə azarkeşlərə 2 şeyi söz vermişdim. Birincisi, komandanı tərk etdiyim vaxt klub olduğundan daha yaxşı vəziyyətdə olacaq. İkincisi, kluba sahiblik qismində düzgün adam tapacağam. İnanıram ki, hər iki vədi yerinə yetirə bilmişəm”.

 
1867-ci ildə yaradılmış “Şeffild Uensdey” klubu İngiltərənin I dəstəsi sayılan Çempionşipdə mübarizə aparır. Komanda ötən mövsümü XVI pillədə tamamlayıb. Tərəflər arasındakı bu işbirliyi hələ İngiltərə Futbol Liqası tərəfindən təsdiqlənməlidir. 

Sportinfo.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail