"Qəbələ" Petev məsələsinə aydınləq gətirdi

11.06.2014 | 3798 dəfə oxunub

İvaylo Petevin “Qəbələ”yə “atıb” AEL klubuyla müqavilə bağlaması barədə xəbər vermişdik. Stadium.az xəbər verir ki, “Qəbələ”ni şoka salan Petevin bu hərəkətinə klubun baş meneceri Zaur Əzizov münasibət bildirdi: “ İndiyədək belə hadisə ilə rastlaşmamışdım. Futbolçuların söz verib, başqa klubla anlaşmasını görmüşdüm, ancaq baş məşqçinin heç vaxt. Petev AEL-lə bütün məsələləri yoluna qoyduğunu və müqavilənin pozulması ilə bağlı razılığa gəldiklərini bildirib. O, yubanmasının səbəbini AEL-lə müqaviləsinə xitam verən sənəddə Kipr təmsilçisinin möhürünün olmaması ilə izah edib. Hətta birbaşa Sloveniyaya təlim-məşq toplantısına gəlmək istədiyini də bildirdi. Ancaq biz razı olmadıq. Ona dedik ki, Azərbaycana gəl, rəsmi müqavilə imzalayaq, ictimaiyyətə təqdim edək. Biz ona klubumuzun məqsədlərini, o da öz növbəsində inkişaf proqramı ilə bağlı fikirlərini söyləyib. Bəlkə də AEL-lə daha yüksək məbləğə müqavilə bağlamaq üçün bu cür hərəkət edib. Bir qədər var ki, Petevin AEL-lə müqaviləni uzatmasına dair xəbər almışıq. Hər halda AEL-in rəsmi saytı yazıbsa, bu, yalan ola bilməz. Xəbər çıxdıqdan sonra dəfələrlə bolqarıstanlıya zəng vurmuşuq. Təəssüf ki, zənglərimiz cavabsız qalıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail