"Rəqibin təhlükəli hücumları ilə üzləşdik"

12.06.2014 | 3133 dəfə oxunub

“Sərt və gərgin oyun keçdi. Çətin şərtlər altında keçən görüşdə topa sahib olma bərabər idi”. Stadium.az xəbər verir ki, bunu Monteneqronun 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Boris Lyutiç deyib.


Millimiz UEFA-nın bayrağı altında keçirilən inkişaf mini-turnirində dünən Monteneqro millisinə 30-cu dəqiqədə vurulan avtoqol sayəsində qalib gəlib. Bosniya və Herseqovinanın “Voqoşça” stadionunda keçirilən görüşdə qolu Aleksa Curkoviç öz qapısından keçirib.

Rəqib baş məşqçi bu haqda fikirlərini bildirib: “Biz yığma forması altında debüt edən 4 futbolçu ilə oyuna başladıq. Bu da bizim komandanın oyununda sürət və dəqiqliyə təsirini göstərdi. Bundan başqa, Çelebiç ilk yarıda, Peliçiç isə ikinci hissədə qol vurmaq imkanını qaçırdı. Biz rəqibin təhlükəli hücumları ilə üzləşdik və bu şəraitdə müsbət nəticə qazanmaq çətin idi. İlk yarıda rəqib bizim arxa xəttimizdəki səhvdən yararlandı və qələbə qolunu vurdu”.

Qeyd edək ki, az sonra millimiz Şotlandiya ilə qüvvəsini sınayacaq. Qələbə qazanacağı halda, Mirbağır İsayevin yetirmələri turnirdəki liderliyini davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail