"Sumqayıt" dağıstanlı ilə yollarını ayırdı

13.06.2014 | 3149 dəfə oxunub

“Sumqayıt”da gözlənilməz gediş reallaşıb. Stadium.az futbol11.az saytına istinadən xəbər verir ki, baş məşqçi Aqil Məmmədovun qərarına əsasən 25 yaşlı mərkəz müdafiəçisi Adil İbrahimovla yollar ayrılıb. 

Ötən mövsüm əksər oyunları əsas heyətdə keçirən Adilin gedişinin səbəbi Bəxtiyar Həsənalızadənin son vaxtlar sərgilədiyi yaxşı oyundu. Bundan əlavə, Aqil Nəbiyev kimi təcrübəli oyunçunu sərəncamına daxil edən “Sumqayıt” Vurğun Hüseynov və Bəxtiyarın də əvvəlcədən heyətdə olduğunu nəzərə alaraq, Rusiya vətəndaşı Adili yola salıb. Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da təsdiqləyib.

Qeyd edək ki, ötən yay "Skonto"dan "Sumqayıt"a keçən Adil 33 oyuna çıxıb və 2654 dəqiqə oynayıb. İbrahimov əvvəllər Rusiyanın “Ximki”, “Fakel” və Latviyanın “Skonto” klublarında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail