"Şeffild Uensdey"in çalışdırıcısı: "Əgər kimsə 40 milyon funt-sterlinq xərcləyirsə, onun müəyyən dəyişikliklər etməyə haqqı var"

13.06.2014 | 3811 dəfə oxunub

İngiltərənin "Şeffild Uensdey" komandasının məşqçisi Li Bullen klubun azərbaycanlı iş adamı, "Bakı"nın prezidenti Hafiz Məmmədov tərəfindən alınmasına münasibət bildirib. Stadium.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"İndi klub üçün həyacanlı dövrdü. Amma mən o qədər də sadəlövh deyiləm və başa düşürəm ki, bu dəyişiklik başqa dəyişikliklərə də səbəb olacaq. Ona görə mən bir qədər həyacanlanıram. Çünki yeni rəhbərlik gələrkən sən bilmirsən ki, nə baş verəcək.

Amma mən əminəm ki, Stüart Qrey şans qazanmağı haqq edir. Ən azından o, öz fikirlərini yeni rəhbərliklə bölüşə bilər. Stüartın Məmmədovla görüşü olacaq. Amma hazırda o, ölkə xaricindədi.

Bu görüş baş tutmadığına görə hələ heç nə bəlli olmayacaq. Əgər kimsə 40 milyon funt-sterlinq xərcləyirsə, onun müəyyən dəyişikliklər etməyə haqqı var. Amma yenə də deyirəm ki, Stüart bu komanda üçün çox şeylər edib və ona şans verilməlidi". (Sky Sports)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail