Azərbaycanın birinci xanımı Yunanıstanda Fəxri mükafata layiq görüldü

17.06.2014 | 3305 dəfə oxunub

Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında  Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “OLİMPİYA” fəxri mükafatı təqdim edilmişdir. Stadium.az xəbər verir ki, Fəxri mükafat Təhsil və Olimpiya Hərəkatına və Beynəlxalq Olimpiya Akademiyasının işinə töhfə vermiş görkəmli şəxslərə təqdim olunur.

Məlumat üçün bildirək ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında sıx əməkdaşlıq mövcuddur. Akademiyanın prezidenti İsidoros Kuvelos və direktoru Dionisis Qanqas ilə 2013-cü ildə Gənclər və İdman Nazirliyində keçirilmiş görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının professor və müəllimlərinin Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında  Olimpiya təhsili mövzusunda mühazirələrlə çıxış etmələri, azərbaycanlı tələbələrin həmin akademiyada təhsil alması, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş tələbə-gənclərin Beynəlxalq Olimpiya Akademiyasına təcrübə məqsədi ilə səfərlərinin təşkili, beynəlxalq idman tədbirlərində çalışan könüllülər və idman jurnalistləri üçün qısamüddətli kursların təşkili və digər məsələlərlə bağlı əməkdaşlığa dair razılıq əldə edilmişdir. 11-25 iyun 2013-cü il tarixdə Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil edilmiş Gənc iştirakçıların 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak etmişdir. 02-13 avqust 2013-cü il tarixdə Akademiyada Azərbaycandan 40 gənc məşqçi-müəllimlər, idman jurnalistləri, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilmişdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail