"Rəqibin ikinci qolu qeydə alınanda nəinki biz, hətta gürcülər də təəccübləndilər"

18.06.2014 | 4047 dəfə oxunub

“Bu oyunda əsas heyətin bir neçə üzvünü - Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Julius Vobay, Bruno Bertuççini meydana buraxmadım. Çünki onlar hazırlığa dünəndən başlamışdılar və fərdi şəkildə məşq edirdilər. Əvəzində, bir sıra gəncləri yoxladım. İki fərqli hissə izlədik. İlk yarıda komandamdan razı qaldım. Penalti zərbəsindən sonra qol buraxsaq da, 2 qol vurub oyunu xeyrimizə çevirə bildik. İkinci hissədə heyətin yarıdan çoxunu dəyişdik. Əvəzedici komandadan toplanışa dəvət etdiyimiz futbolçuları meydana buraxdıq. Onların təcrübəsizliyi də öz sözünü dedi. Bununla belə, məğlub olmaya bilərdik". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi "Çixura"ya məğlub olduqları yoxlama matçından (2:3) sonra klubun saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətdə hakimin rolunun az olmadığını bildirib:

"Rəqibin ikinci qolu qeydə alınanda nəinki biz, hətta gürcülər də təəccübləndilər. Məqsəd İsayev topu qapı xəttindən yarım metr irəlidə başla uzaqlaşdırsa da, yan hakim qol qeydə aldı. Bundan başqa, hakim Elşən Abdullayevə qarşı açıq-aşkar kobudluğa göz yumdu və penalti təyin etmədi. Nəticədə məğlub olduq. Amma unutmayaq ki, bu bir yoxlama oyunudur. Üstəlik, komanda cəmi 4-5 gündür hazırlığa başlayıb. Toplanışın bu mərhələsində belə oyunlar ağır olur. Yoxlama görüşlərində buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq və bu səhvlər üzərində işləyəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail