Krunoslav Yurçiç: "Səfərdə bizi fərqli oyun gözləyir"

16.07.2011 | 3961 dəfə oxunub

"Neftçi" üzərində 3:0 hesablı qələbə qazanadığımız üçün hazırda bütün diqqətlər bizim üstümüzdədir. Ancaq buna görə arxayınlaşmaq olmaz".

Stadim.Az xəbər verir ki, bu sözləri "Dinamo"nun baş məşqçisi Krunoslav Yurçiç deyib. İlk görüşdə böyükhesablı qələbə qazanmalarına baxmayaraq, Yurçiç səfər oyununun daha çətin keçəcəyini düşünür:

"Rəqibin heyətində kifayət qədər təcrübəli futbolçular var. Birinci oyunun ilk yarım saatında çətinlik çəkdik. Yalnız qoldan sonra komanda özünə gəldi. Bu dəfə bizə qarşı iki hücumçu ilə oynayacaqlar. Amma ölkə çempionatında "Neftçi" çox vaxt tək forvardla çıxış edir. Ona görə də mən belə düşünürəm ki, səfərdə bizi daha çətin oyun gözləyir".

Mütəxəssis üçüncü mərhələdəki potensial rəqibləri barədə "Neftçi" ilə cavab oyunundan sonra danışacağını bildirib:

"Hələlik "Neftçi" ilə oyunu düşünürük. Bu barədə suallara cavab qarşılaşmasından sonra aydınlıq gətirəcəm. Yenə deyirəm, heç kim düşünməsin ki, rəqib komanda bu qədər asan təslim olacaq. Səfərdə bizi fərqli oyun gözləyir. Amma buna baxmayaraq, öz nümayəndəmizi HİK - "Banqor Siti" görüşünü izləmək üçün bu komandaların oyununa göndərəcəyik".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail