"Qarşımızda konkret məqsəd dayanır" MÜSAHİBƏ

18.06.2014 | 3776 dəfə oxunub

“İnter”in yeni transferlərindən biri də müdafiəçi Məhəmməd Mirzəbəyov oldu. Stadium.az xəbər verir ki, klub saytına müsahibəsində gənc futbolçu bu komandaya keçidindən danışıb, uyğunlaşma prosesindən bəhs edib və digər suallara cavab verib.

- Artıq üç həftədi “İnter”in sərəncamındasız. Yeni komanda barədə fikirlərinizi bizimlə paylaşmağınızı xahiş edirik.
- Emosiyalar çox müsbətdi. Komandanın belə mehriban olması xoşuma gəldi. Səmimi deyirəm ki, müxtəlif millət və mədəniyyət nümayəndələrinin belə möhkəm kollektiv yaratmalarını gözləmirdim. Komandaya asanlıqla qaynayıb qarışdım. Kollektivə uyğunlaşma prosesi hər hansı bir problem yaratmadı.

- Bəs “İnter”ə keçmək barədə təklifi necə qarşıladız?
- Təklifi çox yaxşı qarşıladım, axı “İnter” neçə illərdi avrokuboklarda oynayır və yalnız yüksək yerlər uğrunda mübarizə aparır. Mən müsbət cavab verdim. Etiraf edim ki, klub haqqında, onun baş məşqçisi Kaxaber Sxadadze barədə digər futbolçulardan maraqlandım və hamısı müsbət fikirlər söylədilər. Mənə çox xoşdu ki, belə ambisiyalı komanda mənimlə maraqlandı.

- “Sumqayıt”da çıxış etməzdən öncə “Anji” klubunda oynayırdız. Karyeranızın bu mərhələsi barədə bizə məlumat verməyinizi xahiş edirik...
- Mən “Anji”nin əsas heyətində ancaq bir dəfə meydana çıxmışam. Bu hadisə Rusiya Kubokunun oyunlarından birində olmuşdu. Həmin matçda Roberto Karlosu əvəz etmişdim. Bundan başqa, Rusiya çempionatının 7 matçında sifariş vərəqəsinə düşmüşdüm, ancaq ehtiyat oyunçular skamyasında qalmışdım. Buna baxmayaraq bu kluba çox minnətdaram və xüsusilə də Hacı Hacıyevə təşəkkür edirəm. Etiraf edim ki, əvvəllər cinah yarımmüdafiəçisi mövqeyində oynayırdım, ancaq cinah müdafiəsində çıxış etməmişəm. Hacı Hacıyev məni bu mövqedə gördü və məni məhz bu yerə görə əsas heyətə cəlb edirdi.

- Maraqlıdı, bəs “Sumqayıt”ın funksionerləri sizi necə tapdılar və Azərbaycana necə gəldiz?
- “Anji”nin əvəzedici heyətinin tərkibində “Amkar” klubunun ehtiyat komandasına qarşı oyunda iştirak edirdim. Bu qarşılaşmanı “Sumqayıt”ın prezidenti Kamran Quliyev və komandanın o dövrdəki baş məşqçisi Bernard Raab da izləyirdilər. Yeri gəlmişkən, həmin matçda hücumçu mövqeyində çıxış edirdim. Bir sözlə, həmin oyunda mənə diqqət yetirdilər. Xatırlayıram ki, daha bir oyunçu da onların xoşuna gəlmişdi. Artıq növbəti il icarə əsasında “Sumqayıt”a gəldim. Etiraf edim ki, sumqayıtlıların heyətində meydana çıxdığım ilk matçda əsas və əvəzedici komandalardakı oyunlar arasında böyük fərqin olduğunu hiss etdim. O zaman əvəzedici komandada matçlar əsas heyətə aparan yolda yalnız öz rolunu oynayan uşaq-gənclər səviyyəsindəki qarşılaşmalar kimi görünürdü. O zaman mənə məhz bu lazım idi. Bilirsiz, mən hesab edirəm ki, hər bir gənc futbolçunun öz şansını almaq haqqı var. Təəssüf ki, “Anji”də bunu görmədim. O vaxt mənə böyük futbola, bu böyük sürətə və kişi mübarizəsinə keçiş lazım idi. Amma təəssüf ki, mənə oyun praktikası imkanını vermədilər. Onu məhz “Sumqayıt”da aldım.

- Bəs necə oldu ki, sizi hücumçu kimi nəzərdən keçirdilər, sonra sağ kənar müdafiəçis mövqeyində oynamağa başladız?
- Öncə məhz kənar hücumçu və ya yarımmüdafiəçi mövqelərində oynadım və hətta müdafiəçi olmağı düşünmürdüm. Ancaq komandamızda bu mövqedə oynayan bir çox yaxşı futbolçular vardı. Ruslan Qurbanov, Orxan Əliyev və Uğur Pamuk özlərini yaxşı tərəfdən göstərirdilər və matçların çox hissəsini ehtiyatda keçirməli olurdum. Bir qədər sonra sağ müdafiəçimiz zədə aldı və onun mövqeyi mənə etibar olundu. Baş məşqçi dedi ki, mənə şans verir və bu mövqedə “Kəpəz”ə qarşı oyunda meydana çıxdım. Həmin oyun 0:0 hesabıyla başa çatdı, mənim oyunum Raabın xoşuna gəldi və artıq növbəti oyunda yenidən sağ müdafiəçi mövqeyində mübarizəyə qatıldım. Səmimi deyim ki, yenidən əsas heyətdə görünəcəyimi gözləmirdim. O vaxtdan sistematik olaraq sağ cinah müdafiəsinin oyunçusu rolunda oynamağa başladım.

- “İnter”də əsas heyətdə yer uğrunda sərt rəqabət var, eyni zamanda sizin mövqeyinizə bir neçə namizəd var. Özünüzü əsas heyətə düşmək uğrunda mübarizəyə hazır hiss edirsizmi?
- Bəli, burada sağ müdafiəçi mövqeyində yaxşı oyun nümayiş etdirən təcrübəli Arif Daşdəmirov və perspektivli Abbas Hüseynov da var. Anlayıram ki, əsas heyətdə yer uğrunda mübarizə olacaq, ancaq hər şeyi baş məşqçi həll edir və məhz o, start heyətini müəyyənləşdirir. Özümü göstərməyə çalışacağam və baş məşqçinin diqqətini çəkməyə cəhd göstərəcəm. Məndən tələb edilənləri yerinə yetirməyə çalışacağam. Rəqabət hər yerdə var və böyük faydaları əhatə edir, axı əsas heyətə düşmək üçün həmişə səni yaxşı səviyyədə qalmağa məcbur edir. Biz əsas heyətdə sözdə rəqiblərik, axı hamımız klubun rifahı uğrunda çalışırıq. Arif Daşdəmirov artıq neçə ildi “İnter”də çıxış edir. O, artıq ilk günlərdən mənə kömək edir və məsləhət verir.

- Yeri gəlmişkən, Avstriyada keçən toplanışda Arif Daşdəmirovla eyni otaqda qalırsız. Çox güman bu da sizin “İnter”dəki karyeranızın ilk mərhələsində uyğunlaşmaq baxımından daha bir üstünlükdü...
- Bəli, qeyd etdiyim kimi, Arif mənə çox kömək edir. Türkiyədəki toplanışın ilk günlərində o, mənə uyğunlaşmağa kömək etdi. Təkcə mənə yox, Abbas Hüseynova da kömək edirdi. Həqiqi əməkdaşlıq da məhz bundadı. Arif artıq uzun müddətdi Azərbaycan Çempionatında iştirak edir və onun təcrübəsi gənc oyunçular üçün çox faydalıdı.

- Artıq Avstriyada ikinci toplanış gedir. Komanda kifayət qədər insensiv refimdə məşq edir. Belə yükləmələrin öhdəsindən gələ bilirsiz?
- Zaman keçdikcə buna öyrəşirsən. Məşqçi konkret tapşırıqların yerinə yetirilməsini tələb edir və sən də həmin tapşırıqların öhdəsindən var gücünlə gəlməyə çalışırsan. Onun sözləri ilk növbədə bizim üçün vacibdi. Bütün oyunçular güclənməli və bu inkişafa yalnız öz üzərində işləmək kömək edə bilər.

- Sizi ilk dəfə olaraq avrokuboklarda iştirak gözləyir. Sizin fikrinizcə, “İnter”dən Avropa Liqasından nə gözləmək lazımdı?
- Komandanın daha çox mərhələ keçməsini çox istəyirəm və biz bunun üçün lazım olanları etməliyik. Hazırda Avropa Liqasına hazırlıq gedir və bütün uşaqlar zəruri konsentrasiyayla çalışırlar. Qarşımızda konkret məqsəd dayanır və biz həmin məqsədə çatmalıyıq. İnşallah, daha uğurla çıxış edərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail