“Qarabağ” rəhbərliyi "İmarət" fan-klubuna cavab verdi

16.07.2011 | 6015 dəfə oxunub

"Qarabağ"ın rəhbərliyi klubun loqosunda komandanın yaranma tarixinin dəyişdirilməsi il bağlı "İmarət" fan-klubunun müraciətinə cavab verib.

Stadium.Az xəbər verir ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəlin imzasıyla fan-kluba daxil olmuş müraciətdə deyilir ki, klubun hazırlı loqosu vitse-prezident Tahir Gozəlin istəyi ilə 2003-cü ildə İngiltərənin tanınmış dizaynerlərinə sifariş edilib və o klubun təsisçilərindən olan Adil Nadirovun da məsləhətləri ilə loqoda yer alan tarix 1987-ci olaraq göstərilib. 

"Əlbəttə, "Qarabağ"ımızın tarixini incələyəndə 60 illik tarixi içərisində bir neçə dəfə ad dəyişikliyi olub və son kəz 1987-ci ildə təkrar öz adına,yəni Qarabağ adına yenidən qovuşub. Bizlər bu səbəblə loqomuz üzərindəki tarixi məhz 1987 olaraq müəyyən etdik.

Sizlərin də bildiyiniz kimi rəhbərliyimizin "Qarabağ"a sponsorluq etməsindəki ən böyük məqsəd "Qarabağ-Azərbaycan" şüarının bütün dünyada səsləndirilməsidir. Şükürlər olsunki, son üç ildir ki, Qarabağ adının Azərbaycana məxsus olmasını, həm də Azərbaycan üçün çox böyük bir dəyər olmasını bütün dünyaya eşitdirmişik, öz torpağlarımıza qayıdana kimi də eşitdirəcəyik.

"Qarabağ"ımız üçün xeyirli olacaq hər bir təklif klub rəhbərliyimiz tərəfindən yüksək səviyyədə qəbul olunur. İnşallah bu məsələyə də ən tez vaxtda baxılıb sizlərə rəhbərliyimizin qərarı çatdırılacaq" - deyə Əmrah Çəlikəlin cavab məktubunda bildirilib.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail