"Ayntraxt"ın azərbaycanlı futbolçusu: "Mənim üçün ilk növbədə Almaniya millisidir" MÜSAHİBƏ

20.06.2014 | 3858 dəfə oxunub

“Ayntraxt”ın U-14 komandasının azərbaycanlı futbolçusu Murad Mahmudov müsahibə verib.

- Əvvəlcə özün barədə məlumat verərdin.

- Mən Mahmudov Murad. 2000-ci ildə Azərbaycanda, Bakıda anadan olmuşam. 4 yaşım olanda ailəmlə birgə Almaniyanın Frankfurt şəhərinə köçmüşük. Bu günə kimi də orada yaşayırıq. 5 yaşımdan etibarən futbolla məşğulam. İlk olaraq Frankfurtun “Makkabi” klubunda oynamışam. Bu, kiçik klubdur. Daha sonra “Ayntraxt”ın məşqçiləri oyunumu görüb, bəyəndilər. Artıq 5 ildir bu komandada çıxış edirəm.

- Bu, vətəni tərk etdikdən sonra Bakıya ilk gəlişindir?

- Yox, bir neçə dəfə Bakıda olmuşam. Demək olar ki, hər yay gəlirəm bura. Özümüz Almaniyada yaşasaq da, bütün qohumlarımız buradadır.

- “İnter”in keçirdiyi İBA Cup turniri barədə nə deyə bilərsən?

- Çox gözəl turnir təşkil olundu. Yaxşı komandalar var idi. Finala kimi irəliləsək də, həlledici oyunda uduzduq. Buna görə çox təəssüflənirəm. Lakin ikinci yer də pis nəticə deyil.

- “Beşiktaş”a qarşı keçirilən final görüşündə hesabı açsan da, penaltilər seriyası zamanı qeyri-dəqiq oynadın...

- Buna görə çox təəssüflənirəm. Hələ oyun ərzində qələbə qazana bilərdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Yekunda da penaltilərdə uduzduq.

- “Ayntraxt”da səndən başqa azərbaycanlı futbolçu var?

- Rinat Dadaşov var. Amma o, məndən yaşca böyükdür.

- Yəqin ki, Azərbaycan millisində oynayan Rüfət Dadaşovun qardaşını deyirsən?

- Hə, odur. Onun qardaşı millidə oynayır.

- Sənə necə, Azərbaycan millisindən təklif gəlib?

- Təklif gəlib. Amma mən hələ yekun qərarımı verməmişəm.

- Təklif bu turnir zamanı gəldi, yoxsa daha əvvəldən?

- Yox, əvvəldən.

- Dedin ki hələ qərar verməmişəm. Azərbaycan millisində oynamaq istəmirsən?

- Açığı, mənim üçün ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyirəm. Amma Almaniya variantı alınmasa, Azərbaycanınformasını geyərəm.

- Axı, Azərbaycan sənin vətənindir...

- Düzdür, vətənimdir. Amma mən Almaniyada böyümüşəm. Artıq neçə illərdir orada yaşayıram. Həm də bu idmandır. Peşəkarlıq baxımından Almaniyada oynamaq istəyirəm.

- Bu qərarı sən qəbul etmisən, ya valideynlərin?

- Onlar da mənim Almaniya millisində oynamağımı istəyirlər.

- Deyirsən ki, ilk seçimim Almaniyadır. Azərbaycanla müqayisədə Almaniya millisinə düşmək daha çətindir. Bu, səni qorxutmur?

- Yox, heç nədən çəkinmirəm. Özümə güvənirəm.  

- Birdən Almaniya yığmasına düşə bilmədin. Azərbaycan millisi də səndən imtina etdi. Onda necə olacaq?

- Hələ bu barədə düşünmürəm.

- Aleksandr Səmədovu tanıyırsan?

- Hə, tanıyıram.

- O, Azərbaycanı yox, Rusiya millisini seçdi. Bakıda Rusiya millisinin heyətində meydana çıxarkən oyun boyu fitə basıldı, hətta təhqir də olundu. Eyni hissləri yaşamaq istərdin?

- Yenə deyirəm, peşəkarlıq baxımından mən Almaniyaya üstünlük verirəm. Əgər, o variant alınmasa, o zaman Azərbaycan millisini seçərəm.

- Almaniya millisindən sənə dəvət gəlib?

- Orada seçim bir qədər fərqli aparılır. Əvvəlcə regionlar üzrə seçimlər aparılır. Sonra isə milli komandanın üzvləri müəyyənləşir. Almaniya millisinə düşmək üçün şansım var.

idmanxeber.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail