Simurq yay hazırlıq planını açıqladı

21.06.2014 | 3921 dəfə oxunub

2013/14-cü il mövsümü başa çatdıqdan sonra istirahətə yollanan "Simurq" iyunun 27-dən yeni futbol ilinin hazırlıqlarına start verəcək. Stadium.az xəbər verir ki, Zaqatala klubu iyunun 26-da Bakıdan birbaşa reyslə Vyanaya yola düşəcək.

Buradan isə avtobusla Sloveniyaya keçərək, Paxorye rayonunun ərazisində yerləşən Roqla dağındakı "Natura" otelində məskunlaşacaq. Hazırlıq planına uyğun olaraq burada əsasən fiziki gücün bərpası və artırılmasında ibarət məşqlər keçiriləcək. Georgi Çixradzenin yetirmələri iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşlərinə çıxacaq. Sonuncu yoxlama matçından bir gün sonra isə komanda ölkəyə qayıdacaq.

"Simurq"un yay təlim-məşq toplanışının ikinci mərhələsinə iyulun 17-də start veriləcək. Avstriyada planlaşdırılan hazırlıq avqustun 1-nə qədər davam edəcək. Burada isə komanda beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Bundan sonra "sarı-qaralar" ölkəyə qayıdacaq və avqustun 4-də Zaqatalada bir araya gələrək, 2014/15-ci il mövsümünün ilk turunun hazırlıqlarını davam etdirəcək.

"Simurq"un təlim-məşq toplanışındakı rəqibləri haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək. Həmçinin hazırlıq dövründə Zaqatala təmsilçisi transfer çalışmalarını da, davam etdirəcək. Baxışa dəvət olunmuş futbolçular artıq Sloveniya toplanışından etibarən düşərgəyə təşrif buyuracaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail