"Dinamo"nun baş məşqçisi: "Planlarım haqda mətbuata danışmaq istəmirəm"

17.07.2011 | 4371 dəfə oxunub

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"nin rəqibi olan Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Krunoslav Yurçiç Bakıya səfər öncəsi mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, Zaqreb təmsilçisinin çalışdırıcısı ilk oyunda 3:0 hesabıyla məğlub etdikləri "ağ-qaralar"la cavab görüşü öncəsi bunları söyləyib:
"Biz cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunla müqayisədə mən bəzi dəyişikliklər etməli olacam. Amma oyundan öncə bu planlarım haqda mətbuata danışmaq istəmirəm. Əsas odu ki, biz çıxıb oynamalıyıq" - deyə, Yurçiç sözə başlayıb.
Xorvatların çalışdırıcısı "Neftçi"nin də Bakıda hansı taktikayla oynayacağına dair mülahizələrini söyləyib: "Onların iki hücumçuyla oynayacaqları daha inandırıcı görünür. Hansı ki, Zaqrebdəki oyunun da ilk 20 dəqiqəsində məhz belə çıxış etdilər. Sadəcə, bu onlar üçün bir qədər yenidi. Çünki oyun üslublarına uyğun gəlmir".
Heyətdəki dəyişikliklərə gəlincə, Yurçiç bildirib ki, ilk oyunda olduğu kimi, argentinalı müdafiəçi Leandro Kufre yenə "Neftçi"yə qarşı forma geyə bilməyəcək: "Onun Bakıya aparılmayacağı artıq bəllidi. Biz onu meydana buraxmaqla yenidən eyni səhvi təkrarlamaq istəmirik. Yerko Lekoya gəlincə, o, artıq fərdi proqramla məşq edir. Yenicə komandaya qoşulub. Oynayıb-oynamayacağına bundan sonra qərar veriləcək".
Yurçiç həmçinin "Dinamo" - "Neftçi" cütünün qalibinin üçüncü təsnifat mərhələsindəki rəqiblərinə də toxunub: "Hələlik hadisələri qabaqlamaq istəmirəm. Potensial rəqiblərimiz haqda yalnız üçüncü təsnifat mərhələsinə vəsiqə qazandığımız halda danışmaq olar. Gəlin öncə "Neftçi" ilə cavab oyununa diqqətimizi yönəldək".
Qeyd edək ki, "Dinamo" - "Neftçi" cütünün qalibini növbəti mərhələdə "Bangor City" (Uels) - HJK (Finlandiya) cütünün qalibi ilə oyun gözləyir. Bu cütün ilk oyununda finlər 3:0 hesabıyla qələbə qazanıblar.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail