"Püşkatmanın bizə uğurlu olmasını istərdik"

23.06.2014 | 3967 dəfə oxunub

“İnter”in direktoru Natiq Məmmədov hazırda Avstriyada təlim-məşq toplanışını keçirən “İnter”in düşərgəsindədir. Stadium.az xəbər verir ki, klub funksioneri komandanın hazırlığı barədə və Avropa Liqasında şanları haqqında klubun rəsmi saytına danışıb:

“Hazırlıq çox yaxşı keçir. Mən artıq bir neçə gündür Avstriyadayam və şəxsən bunun şahidi oldum. Klub rəhbərliyi komandanın avrokubok oyunlarındakı vacib matçlara hazırlaşması üçün əlingən gələni edir. “İnter”in komandaların hazırlaşmaları üçün dünyanın ən yaxşı ölkələrindən biri sayılan Avstriyada olması artıq bir çox mətləblərdən xəbər verir. İnşallah, bu toplanışın faydasını Avropa Liqasında görərik. Komanda çətin mövsümü arxada qoydu, başlanğıcda böyük çətinliklər yaşadıq. 

İki gün əvvəl komanda ölkənin ən yaxşı komandalarından biri sayılan “Şturm” u məğlub etdi. Bəli, bu yoldaşlıq oyunu idi, ancaq hətta belə görüşlərdə də belə komandalar sonadək oynayır və uduzmaq istəmir. Qarşıda bizi Avropa Liqasına hazırlıq baxımından bir neçə oyun gözləyir. Avrokuboklarda uğurla çıxış etmək istəyirik. İyunun 23-də turnirin püşkatma mərasimi keçiriləcək və ilk rəqibimizi öyrənəcəyik. Püşkatmanın bizə uğurlu olmasını istərddik, ancaq istənilən halda avrokuboklarda zəif komandanın olmadığını unutmamalıyıq. Axı burada ölkələrinin ən yaxşı nümayəndələri toplaşırlar”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail