Qurban Qurbanov: "Heç kim deyə bilməz ki, biz mərhələni keçmişik" AÇIQLAMA

23.06.2014 | 4013 dəfə oxunub

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi Maltanın "Valletta" komandası olub. Stadium.az xəbər verir ki, komandanın ilk görüşü səfərdə olacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına püşkü dəyərləndirib:

"Məlum olduğu kimi, Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var. Nəzəri cəhətdən hər birinin uğur qazanmaq şansı vardı. `Valetta` ilə qarşılaşacağıq. Rəqibin daimi avrokubok təcrübəsi var. Millisində bir neçə futbolçusu var. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim deyə bilməz ki, biz mərhələni keşmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdu. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail