"Qarabağ" Avstriyada iki itki ilə hazırlaşır

26.06.2014 | 3626 dəfə oxunub

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Stadium.az xəbər verir ki, ötən gün komanda bir məşqə çıxıb.

Qurban Qurbanovun yetirmələri məşqə yerli vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıb. Komandanın hazırlığı 100 dəqiqə davam etdi. Bu məşq fiziki hazırlığın təkmilləşməsi üzərinə qurulub. Yüngül isinmə hərəkətlərinin ardından meydanboyu qurulmuş məneələri dəf edərək qapıya zərbələr üzərində çalışılıb. Olduqca yüksək tempdə davam edən çalışma yüngül qaçışla başa çatıb.

Komandanın məşqində Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb. "Şaxtyor"la oyunda yüngül zədə alan komandanın yeni transferi Danilo Dias da kollektiv çalışmalarda iştirak etməyib. Amma braziliyalının zədəsi ciddi deyil.

Bu arada "Qarabağ"ın təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci hazırlıq matçının başlama saatı müəyyənləşib. Komanda ayın 28-də Rusiya "Krasnodar"ı ilə saat 16:00-da (Bakı vaxtıyla 19:00) qarşılaşacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail